Şrift:
Azərbaycanlı tələbələr Berlində etiraz aksiyası keçiriblər
01.03.2013 [11:28] - Gündəm, Diaspor
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) Berlindəki Azərbaycan Evi və Azərbaycan Tələbə Şəbəkəsi və Alman-Azərbaycan Gənclər Assosiasiyası Berlində Xocalı Soyqırımının 21-ci ildönümü ilə əlaqədar etiraz nümayişi ediblər.Berlinin mərkəzi meydanlarından biri olan Braytşaydplatzda yerləşən Anım Kilsəsinin qarşısında keçirilmiş aksiyanın iştirakçıları əllərində Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni millətçilərinin qanlı hərəkətlərini pisləyən plakatlar tutub, “Xocalıya Ədalət” şüarları səsləndiriblər.

Nümayişdə meqafon vasitəsilə Xocalı Soyqırımı haqqında, eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına dair ictimaiyyətə məlumat verilib, informativ vərəqələr, alman və ingilis dillərində Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinə dair kitabçalar şəhər sakinlərinə və turistlərə paylanıb.

Nümayişdə AAKM-in və Azərbaycan Evinin əməkdaşları, Avropa Azərbaycanlıları Konqresinin, Maqdeburq şəhərində fəaliyyət göstərən Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Azərbaycan və türk Diasporlarının təmsilçiləri, azərbaycanlı tələbə və gənclər iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed