Şrift:
İsraildə Şimali Kipri dövlət kimi tanımaq təklifi səsləndi
01.03.2013 [11:47] - Xəbərlər, Siyasət
"JEWİSH Press" internet saytı, Cənubi Kiprin Fələstinin Cənubdakı nümayəndəliyini səfirlik səviyyəsinə çıxarmasına cavab olaraq İsrailin də Şimali Kipr Türk respublikasını tanıması lazım olduğunu yazdı.

İsrail Xarici İşlər Nazirliyinin vəziyyətdən duduğu narahatlığı çatdırmaq üçün Təl Əvivdəki Cənubi Kipr səfirini geri çağırdığı bildirilir. Xəbərdə deyilir ki, rəsmi Nikosiyanın hərəkəti cavabsız qalmamalı, cavab olaraq da Şimali Kiprin İsrail tərəfindən tanınması olmalıdır.

Qeyd edilir ki, Fələstin adminisrtasiyasının əksinə olaraq Şimali Kipr bir dövlət quruluşuna gərk olan bütün strukturları inkişaf etdirdi. 1960-cı il razılaşmalarını pozan və bu günə qədər Kipr problemini həll etməyənlər Kiprli yunanlardır.

Məqalədə ən diqqət çəkici məqam isə, İsrailin Şimali Kipr təşəbbüsü ilə 2010-cu ildəki "Mavi Mərmərə" basqınınıdan sonra Türkiyəylə geriləyən əlaqələrini düzəltmə şansı əldə ediləcəyi sözləri olub. Qəzet İsrailin Şimali Kipri tanıyacağı halda, Azərbaycan nümunəsində olduğu kimi, turizm və ticarət sahələrində bir çox yeni fürsət əldə edə biləcəyini qeyd edir.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed