Şrift:
Yusuf Halaçoğlu:“Qadınlar namuslarını qorumaq üçün özlərini gölə atdılar”
01.03.2013 [12:16] - Siyasət
Bu sözləri MHP Kayseri millət vəkili Yusuf Halaçoğlu ermənilərin türklərin başına gətdiyi soyqırımlarla bağlı fikirlərini şərh edərkən deyib.

“17 May 1915 də də Van Rus-erməni tərəfindən işğal edildi. Van yerlə yeksan edildi və 80 min türk-müsəlman qətlə yetirildi. 50 türk qadını Akdamar kilsəsinə götürülərkən, qadınlar namuslarını qorumaq üçün özlərini Van gölünə atdılar və öldürdülər. Bu məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinə 17 may hadisəsini və 50 insanın anılmasını əks etdirən abidənin qoyulması ilə bağlı qanun təklifini layihəsini vermişəm. İnşəallah inanıram ki, bu AKP millət vəkilləri tərəfindən rədd edilməyəcək”,-deyə millət vəkili qeyd edib.

Millət vəkili Xocalıda yaşanıan hadisələri şərh edərək bunları bildirib.

“Ermənilər Xocalı hadəsinin törətməklə onları sırf türk olduqları üçün öldürdülər. Nəticədə 613 uşaq,qadın və yaşlı insan vəhşiliklə qətl olundular. Onların bu cinayətini lənətləyirik. 1914-20 ci illərdə və I birinci dünya savaşı zamanı etdikləri hərəkətləri, 1992-ci ildə Xocalıda etdilər. Hələ də onlar arxa çıxan, Türkiyədə hamımız kürdük, hamımız erməniyik deyənlərin əslində nə olduqları özləri tərəfindən dilə gətirilib. Xocalı qətliamını gerçəkləşdirənləri müdafiə edən bu qaragühurçular, özlərini bu cinayətdə olduqlarını gösətirdilər. Türk millət bunu görməli və bunlara izn verən etinaz qalan iqtidarı etirazını bildirməlidi”.

Kənan
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed