Şrift:
Saakaşvili:Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyirlər
01.03.2013 [13:27] - Gündəm, Siyasət
“Gürcüstan və Azərbaycan Rusiyadan gələn real qeyri-sabitlik təhlükəsi ilə üz-üzədir”.Bu sözləri Azərbaycan səfərini başa vuraraq ölkəsinə qayıdan prezident Mixail Saakaşvili Tbilisi aeroportunda jurnalistlərə açıqlamasında deyib:

“Bizi ölkənin muxtariyyətlərə parçalanması təhlükəsi gözləyir, Azərbaycanda isə gürcü ssenarisi ilə hakimiyyət çevrilişi. Rusiyada Gürcüstanın Qardabani rayonunda olan, hansısa milyarder Sadıqov tapılıb və söz verib ki, Gürcüstan azərbaycanlılarının muxtariyyatına nail olacaq. Eyni şeyi Gürcüstan hökuməti tərəfindən əfv olunan və Gürcüstan erməniləri üçün muxtariyyat vəd edən fəal Vaqan Çaxalyan da verib. Sadıqov (“AzərRos”un sabiq prezidenti Söyün Sadıqov) milyarder Vahid Ələkbərov və digərləri ilə birləşərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyirlər. Onlar böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşırlar”.

Saakaşvili Gürcüstanın yeni hökumətini dialoqa səsləyib və bildirib ki, birlikdə həll edilməsi gərəkən çox ciddi problemlər var. O, bu yaxınlarda Türkiyəyə səfər edəcəyini və regionda hökm sürən təhlükəni müzakirə edəcəyini də bildirib.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed