Şrift:
Prezident hərbi geyimlə bağlı fərman verdi
01.03.2013 [13:45] - Xəbərlər, Hərb
Bir ay müddətində Xidmətin hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları təsdiq olunmalıdır

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etsin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir ay müddətində Xidmətin hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydalarını təsdiq etməli; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının xüsusi geyim və hərbi ləvazimatının tərkibini, təsvirini və daşıma qaydalarını təsdiq etməlidir.
Bu xəbər oxucular tərəfindən 1499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed