Şrift:
Fransaya etiraz bəyanatı yayıldı.
02.03.2013 [15:16] - Gənclik
Yeni Nəfəs Gənclər Təşkilatının Bəyanatı

Fevralın 26-sı 2013-cü ildə Fransanın paytaxtı Paris şəhərində, Fransa Milli Assambleyasının binasında azərbaycanlı tələbə Mirvari Fətəliyevaya və Vüsal Hüseynova qarşı zorakılıq halı baş vermiş, soydaşlarımıza qarşı zor tətbiq olunmuşdur. Avropanın demokratiya mərkəzi sayılan Fransada baş verən bu zorakılığa qəti surətdə etirazımızı bildiririk.

Təəssüf doğuran başqa bir məqam odur ki, bu zorakılıq aktı Fransanın qanunverici orqanının binasında, özü də bu ölkənin parlamentinin deputatı ermənipərəst mövqeyi ilə tanınan Fransua Roşenblounun iştirakı ilə baş verib.

Hər zaman insan haqları və demokratiyanı təbliğ edən, başqalarına sivil Avropa dəyərlərini nümunə göstərən Fransanın deputatının zorakılığa əl atması biabırçılıq və rüsvayçılıq, eyni zamanda cinayətkarlıqdır. Baş vermiş bu hadisəyə qədər Azərbaycanın ərazisi olan Qarabağda dəfələrlə soyqırım törədərək minlərlə mülki şəxsi, o cümlədən uşaq, qadın və qocaları vəhşicəsinə qətlə yetirən, Xocalı şəhəri də daxil olmaqla bir çox Azərbaycan şəhərlərini yerlə-yeksan edən ermənilərin xaricdəki lobbisinin, eyni zamanda aldanaraq onların mövqeyini dəstəkləyənlərin əməllərinin nə dərəcədə aqressiv olduğunu bir daha göstərir. Eyni zamanda bu hadisə beynəlxalq insan haqlarına, azad düşüncə, müstəqil söz-mövqe nümayiş etdirənlərə qarşı, qanuna və əxlaqa zidd olduğuna əyani sübutdur.

Yeni Nəfəs Gənclər Təşkilatı olaraq tələb edirik ki, Fransa hökuməti baş verən bu cinayət olayını ciddi araşdırmalı və o hadisədə cinayət tərkibli hərəkətlərə yol vermiş şəxslərin layiqli cəzasını verməlidir.

Senator Fransua Roşenblounun bu olayda hansı məqsədlərlə iştirak etdiyi araşdırılmalı, ona hüquqi-siyasi qiymət verilməli, bu yolla Fransa hökuməti öz imicinin korlanmasının qarşısını almalıdır.

Nüfuzlu beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə, beynəlxalq gənclər təşkilatlarına bildiririk ki, bu hadisənin araşdırılmasına xüsusi önəm versinlər. Çünki, belə hadisələrə biganəlik dünyada tarazlığı və bərabərliyi pozur. Fransa hökuməti bu hadisənin obyektiv araşdırılmasını təmin etməldir və biz bunu tələb edirik.

Vüsal Hüseynov və Mirvari Fətəliyevaya qarşı edilən zorakılığın araşdırılması və bunu törədənlərin layiqli cəzalandırılması gələcəkdə bu cür xoşagəlməz halların qarşısını alacaq. Zorakılığa məruz qalanlardan birinin qadın olması isə Avropa dəyərlərinə görə ümumiyyətlə bağışlanılmaz səhv və vandalizimdir. Elə bu baxış prizmasından da yanaşdıqda cinayətin dəqiq araşdırılması üçün prinsipial mövqe sərgilənməli və cinayətkarların layiqli cəzalandırılacağı ana qədər bu məsələnin diqqətdə saxlanılmasının vacib olduğunu bəyan edirik.

02.02.2013
Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed