02.03.2013 [16:38] - Güney Azərbaycan xəbərləri
Həmin fəal 40 gün Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldıqdan sonra mart ayının 1-də sərbəst buraxılıb. Qeyd edək ki, Məsud Bayrami Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhiməli Rzai, Şəhram Dadaşi, Əmir Babai, Vəli Bərqdar, Əsgər Ağai Əlvəndi daha iki bəraət qazanmış milli fəalla birlikdə tutulmuşdular. Onlar 2011-ci il avqustun 24-də Qumtəpədə iftar mərasimində tutulan fəallarla bağlı afişa (puster) yaydıqlarına görə tutulmuşdular. Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olunan azərbaycanlı fəallar bir il həbsə məhkum ediliblər. Ancaq həbs cəzasının 8 ayı şərti həbs cəzasına dəyişdirilib.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |