Şrift:
Kanada İranla Pakistanın qaz sövdələşməsinə qarşıdır
04.03.2013 [10:29] - Güney Azərbaycan xəbərləri, Siyasət
«Pakistan İranla birgə qaz kəməri tikməməlidir». Kanadanın xarici işlər naziri Con Berd bu fikirdədir.

Bu barədəİTAR-TASS- məlumat verir.

Berd Pakistan prezidentinin mətbuat katibi Fərhadulla Babərin «Tehran və İslamabad 2015-ci ilədək qaz kəmərini tikib qurtarmaq niyyətindədirlər» ifadəsini şərh edərkən bunları bildirib.

«Kanada Pakistanın İranda qaz almaq və Tehranla birgə qaz kəməri tikmək planlarından narahatdır. Eyni zamanda beynəlxalq ictimaiyyətin bütün mümkün vasitələrlə İranı təhlükəli kursdan çəkindirmək istədikləri bir məqamda Pakistanın belə bir qərarı dünya ictimaiyyətinin hədəfləri ilə ziddiyyət təşkil edir və ona yenidən baxılmalıdır. Biz Pakistana enerji qaynaqların lazım olduğunu başa düşürük. Lakin Pakistana bu problemlərin həllində kömək etməyə hazır olan və enerji qaynaqlarına malik olan başqa tərəfdaşlar da var», deyə nazir bəyan edib.
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed