04.03.2013 [11:51] - Xəbərlər, Hadisə
Ovanisyan ölməyə hazır olduğunu bəyan etdi; Obama isə Sərkisyanın qələbəsinə sevinir, ABŞ prezidenti İrəvana “alovlu” təbrik məktubu göndərdi...
Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkiləri ilə bağlı vəziyyət dramatik şəkildə gərginləşməyə başlayır. Son məlumatlara görə, özünü seçkilərin qalibi elan edən keçmiş xarici işlər naziri, “İrs” partiyasından olan deputat, ABŞ-ın Los Angeles ştatından olan keçmiş vəkil Raffi Ovanisyan elan edib ki, qələbəni təmin etmək üçün radikal mübarizəyə və hətta ölməyə hazırdır.
Ermənistan KİV-lərinin xəbərlərinə görə, martın 2-də axşamdan xeyli keçmiş İrəvandakı Azadlıq meydanında davam etməkdə olan mitinqdə çıxış edən Ovanisyan bildirib ki, onun həyatı bahasına da olsa erməni xalqı aprelin 9-nadək qələbəni bayram edəcək. Qeyd edək ki, Serj Sərkisyanın inauqurasiyası aprelin 9-na təyin olunub.
“Mən xanımım Armenuya nə qədər həyəcan gətirsə də deməliyəm ki, indi sizə dediklərimizi sözün hərfi mənasında başa düşün: mənim həyatım bahasına aprelin 9-na qədər erməni xalqı qələbəmizi bayram edəcək”, - deyə Ovanisyan tərəfdarlarına bildirib. O deyib ki, Serj Sərkisyana, baş nazir Tiqran Sərkisyana məktub göndərərək onları Azadlıq meydanına dəvət edib və orada hakimiyyətdən imtina etdiklərini açıqlamağa çağırıb. Ovanisyan martın 5-də Azadlıq meydanından parlamentdə güllələnən keçmiş baş nazir Vazgen Sərkisyanı anmaq üçün Erablur məzarlığına yürüş olacağını da açıqlayıb.
“İrs” Partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan isə mitinqdə bəyan edib ki, hakimiyyət kobud güc tətbiq etsə, bunun cavabsız qalacağını gözləməsin. “Raffi Ovanisyanın təbəssümlərində qətiyyətsizlik axtarmaq lazım deyil. Zərurət yaransa biz özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Qoy kimsə düşünməsin ki, kobud güc tətbiq etsə cavabını almayacaq”, - deyə o bildirib. Akopyan deyib ki, indi çoxları Ermənistanda qeyri-stabillikdə maraqlı olmadığını deyir. “Biz də bunda maraqlıyıq, lakin xalq öz hüquqları uğrunda mübarizə aparırsa stabillik elə budur, biz bu cür stabillik istəyirik”, - deyə o bildirib. “Aykakan Jamanax” qəzetinin baş redaktoru olmuş müxalif deputat Nikol Paşinyan da qələbənin Sərkisyanın inauqurasiyasına qədər əldə olunacağını elan edib.
Xəbərə görə, mitinqdə çıxış etməyə gəlməzdən əvvəl Ovanisyan Ermənistanın ən iri oliqarxlarından olan, hakimiyyətin keçmiş ortağı “Firəvan Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla onun ofisində danışıqlar aparıb. Tsarukyan seçkilərdə Sərkisyanın ən güclü rəqibi hesab edilirdi, lakin o bir çoxlarının gözləmədiyi halda seçkilərə qatılmadı. Ötən ilin mayında keçirilmiş parlament seçkilərində Tsarukyanın partiyası S.Sərkisyanın partiyasını ciddi şəkildə sıxışdırmışdı və onların arasındakı münasibətlər kəskinləşmişdi. Tsarukyan S.Sərkisyanı prezident seçkilərində qələbə münasibətilə təbrik etməyib və bu da belə nəticə çıxarmağa əsas verib ki, o da seçkinin nəticələrini tanımır. Bu baxımdan Ovanisyanla Tsarukyanın danışıqlarına maraq kifayət qədər böyük idi. Diqqəti cəlb edən məqamdır ki, hər iki siyasətçi Qarabağ klanını təmsil etmir.
Ovanisyan Tsarukyanla danışıqlarının nəticələrini Azadlıq meydanında jurnalistlərə açıqlayaraq deyib ki, onlar Ermənistanda yaranmış mövcud vəziyyətdən çıxış yollarını axtarıblar. “Biz öz təmsilçilərimizlə bərabər mövcud situasiyanı müzakirə etdik və qərara aldıq ki, ümummilli çağırışlara qarşı məsləhətləşmələri davam etdirək”, - deyə o bildirib. “İrs” Partiyasının yaydığı açıqlamada isə deyilir ki, danışıqlarda “Firəvan Ermənistan” Partiyasından deputatlar Vardan Oskanyan, Nairi Zöhrabyan və Vaqe Avetisyan da iştirak ediblər. “Qaqik Tsarukyan və partiyasının liderləri bəyan ediblər ki, Ermənistan vətəndaşlarının öz hüquqlarına hörmət olunmasını tələb etməyə tam haqqı var. Onlar həmçinin Ovanisyanın narahatlıqlarını bölüşüblər və dəyişikliklərin zərurətini təsdiqləyiblər”, - deyə açıqlamada bildirilir. “Qaqik Tsarukyan partiyasının mövqeyini ifadə edərək deyib ki, o və tərəfdarları həmişə xalqla bir olacaq, tərəflər mövcud böhranın aradan qaldırılması üçün əməkdaşlıq etməyə qərar veriblər”.
Belə görünür ki, hazırda heç bir xarici dəstəyə mail olmayan R.Ovanisyan və tərəfdarları daha radikal mübarizəyə, hətta qarşıdurmaya hazırdır. Bu da Ermənistandakı seçkisonrası böhranın silahlı qarşıdurmaya qədər gedib çıxa biləcəyini istisna etmir. Ovanisyan ABŞ-dakı erməni lobbisinin təmsilçisidir, bununla belə ABŞ Sərkisyana dəstək verir. “Foreign Policy” jurnalının yazdığına görə, Ovanisyanın Qarabağ məsələsində radikal mövqeyini, “DQR”in tanınmasına dair verdiyi vədi nəzərə alaraq Qərb onun mübarizəsinə dəstək vermədi. Ovanisyanın qələbə naminə ölməyə hazır olduğunu elan etdiyi saatlarda Ermənistan prezidentinin Administrasiyası ABŞ prezidenti Barak Obamanın S.Sərkisyana göndərdiyi təbrik məktubunu yayıb.
Məktub seçkilərin rəsmi nəticələrinin açıqlanmasından üç gün sonra göndərilib. Ermənistan prezidentinin mətbuat xidmətindən yayılan açıqlamaya görə məktubda B.Obama S.Sərkisyanın ikinci müddətə prezident seçilməsi münasibətilə onu təbrik edir. Məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi Ermənistan Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik etməkdən sevinc hissləri duyuram. Gözləyirəm ki, biz sizinlə birgə işimizi davam etdirəcəyik, belə ki, biz hər ikimiz ikinci müddətə öz vəzifələrimizin icrasına başlayırıq”.
ABŞ prezidenti Ermənistanla ikitərəfli tərəfdaşlığın daha da genişləndiriləcəyinə ümid etdiyini bildirir. Obama yazır ki, onun ölkəsi Ermənistanın inkişafına hər cür dəstəyi göstərməyə hazırdır: “Biz gözləyirik ki, Sizin liderliyiniz altında demokratiyanın daha da möhkəmləndirilməsinə yönələn davamlı islahatlar və iqtisadiyyatın möhkəmləndirilməsinə dair islahatlar davam etdiriləcək, nəticədə Ermənistan vətəndaşları və bizim üçün qiymətli tərəfdaş olan ölkəyə mühüm töhfə verməyə çalışan amerikalılar üçün yeni imkanlar yaranacaq”. ABŞ prezidenti daha sonra yazır ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sülh prosesinə dəstək verməkdə davam edəcək. “Həmçinin Ermənistan-Türkiyə münasibətlərinin mümkün nizamlanması yönündə işlərimizi davam etdirməyi də arzu edirik”, - deyə Obama yazıb. ABŞ prezidenti məktubunda Sərkisyana təriflər yağdırır və onu “Ermənistanda islahatları dərinləşdirən lider” adlandırır. Bildirir ki, Ermənistanın daimi dostu və tərəfdaşı kimi Birləşmiş Ştatlar öz məqsədlərinə çatmaq işində Sərkisyanın yanında olacaq.
F.MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |