04.03.2013 [12:13] - Gündəm, Türk dünyası-Turan
“Azərbaycan Şimali Kipri rəsmi olaraq tanımasa da, hər zaman onu yanımızda görmüşük. Mərhum prezidentimiz Rauf Denktaşın sağlığında bu münasibətlər daha aydın hiss olunurdu”. Bunu açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu, türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaşın oğlu Sərdar Denktaş deyib.
Onun sözlərinə görə, vaxtı ilə atasının xeyir-duası ilə yaratdığı Demokrat Partiyası hazırkı iqtidara müxalif mövqedə dayanır: “Amma Şimali Kiprin ümumi problemlərində bizlər ortaq mövqedə dayanırıq. Bu dəfə məclis seçimlərində rəhbərlik etdiyim partiyadan 5 deputat seçildi. Daha sonradan onlardan 3-ü istefa verdi. İndi Demokratik Partiyasını parlamentdə iki millət vəkili təmsil edir ki, onlardan biri də mənəm”.
1975-ci ildə mərhum atası Rauf Denktaş tərəfindən qurulan Ulusal Birlik Partiyasının Şimali Kiprin təməli olduğunu deyən Sərdar Denktaş düzgün siyasətin aparılması ilə dünya dövlətlərinin ŞKTC-ni tezliklə tanımağa məcbur olacağını vurğuladı. “Bildiyiniz kimi, Şimali Kiprin Türkiyədən başqa heç bir ölkə ilə nə siyasi, nə də ki, iqtisadi münasibətləri var. Buna baxmayaraq, Şimali Kiprdə müxtəlif sahələrə sərmayə qoymaq istəyən iş adamları hədsiz çoxdur. Adanın blokadaya alınması bizə bir çox imkanları gerçəkləşdirməyə imkan vermir”.
Sərdar Denktaş mərhum atasının apardığı mücadilədən danışaraq, onun ölümündən sonra ölkədə vəziyyətin bir qədər dəyişdiyini və yunan Kipri ilə sülh danışıqlarının nəticə vermədiyini bildirdi: “Tərəflər dəfələrlə stol arxasında adanın problemi ilə bağlı müzakirələr aparıb. Lakin yunan Kiprinin bu tip görüşləri hər zaman formal olub. Onlar adanın tək sahibi olmaq istəyirlər”.
S.Denktaş Azərbaycan Milli Məclisinin deputatları ilə sıx münasibətdə olduqlarını da bildirdi. Onun sözlərinə görə, iki ölkənin deputatları tez-tez görüşlər keçirirlər: “Əlamətdar günlərdə birgə tədbir və konfranslar təşkil edib, iki ölkənin problemlərini müzakirə edirik. Ümid edirəm ki, bizim yunan Kipri ilə olan problemimiz, qardaş Azərbaycanın isə Qarabağ problemi tezliklə həll olunacaq”.
Fərahim İLQAROĞLU, Şimali Kipr-Lefkoşa

Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |