04.03.2013 [13:59] - İqtisadiyyat
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış və London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troya unsiyası) Britaniyanın «Brinks Qlobal Servisiz» şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
Fonddan verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.
Qeyd edək ki, martın 1-nə Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir. Xatırladaq ki, yanvarın 1-nə Fondun vəsaitlərinin ümumi həcmi 34,129 milyard dollar təşkil edib.

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |