Şrift:
Rəsmi Tehrana növbəti dəfə xəbərdarlıq edilib
05.03.2013 [11:30] - Güney Azərbaycan xəbərləri
Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iclasında İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana növbəti dəfə xəbərdalıq edilib.

Agentliyin rəhbəri Yukiya Amano çıxışı zamanı bildirib ki, İranın Parçin bazasındakı gizli fəaliyyəti beynəlxalq ictimaiyyəti narahat edir. Onun sözlərinə görə, İran hökuməti sözügedən bazada hansı işlərin görüldüyünü agentliklə əməkdaşlıq çərçivəsində aşkara çıxarmalıdır.

Qeyd edək ki, indiyə qədər BAEA ilə İran dövləti arasında 9 görüş baş tutub. Lakin görüşlərin heç birində hər iki tərəfi qane edəcək nəticələr əldə olunmayıb.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed