05.03.2013 [13:20] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Bu gün xalqımız ikinci - od çərşənbəsini qeyd edir. Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə adı ilə də tanınır.
Deyilənə görə, od çərşənbəsinin gətirdiyi hərarət torpağı isidir, ona ilıq nəfəs verir. Artıq həmin gündən torpaq oyanmağa başlayır. Ta qədimlərdən bəri od biz türklərin düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb və bu rəmzilik günümüzə kimi gəlib çıxıb.
Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Qədimlərdə kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün tonqallar həmişə dağların başında qalanarmış. Əgər dağlar olmasa, ən hündür yerlər seçərək, o hissələrdə tonqalın yandırılması daha məqsədə uyğun hesab olunurdu.
Həmçinin insanlar öz həyətlərində, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün məşəllər düzəldər, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu kiçik tonqal qalayacaqları yerə gətirib, onu alovlandırardılar.
Müasir dövrümüzdə də çərşənbə axşamı hər kəs öz həyətində tonqal qalamaqla bu ənənəni davam etdirir. Azərbaycanlıların əski təsəvvürlərini özündə əks etdirən inanclarda da tonqal yandırmanın izahını tapmaq olar. İnanclara görə, dünyadan köçən ata-baba ruhlarının gəlişi İlaxır çərşənbəyə təsadüf edir. Əgər onlar görsələr ki, nəsillərinin yaşadıqları evlərdə, həyət-bacalarda tonqallar qalanmır, ocaqlar sönüb, elə bilərlər ki, qoyub getdikləri adət-ənənələr tapdanıb, var-dövlətləri göyə sovrulub. “Kitabi-Dədə Qorqud” dastanlarında odla bağlı inancların olması bunu bir daha təsdiqləyir. Belə bir etiqad da yaranıb ki, insanlar Günəşi və Odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Od çərşənbəsi özünün adət-ənənələri ilə zəngindir.
Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, “ocağı şər vaxtı söndürməzlər”, “od çərşənbəsində ocağı boş qoymazlar” və sair. Bu gün imkan daxilində hər kəsin evində isti yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirsə, daha yaxşı olar.
Düzdür ki,əcdadımızın bizə miras qoyub getdiyi torpaqlarımızın çox hissəsi düşmənlərin işğalındadır amma Türk ulusu heçz aman bir qarışda torpağını yağı düşmənlər əlində və əsarətində qoymayacaq.Millətimizə bütövlük uğrunda mücadilədə qalibiyət arzusuilə "OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK OLSUN DEYİRİK"
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |