05.03.2013 [13:47] - Müsahibə
Rövşən Məhərrəmov: «Yaşar Cəfərli qruplaşma yaradaraq, özü kimi insanları ətrafına toplayıb və ordumuza böhtan atır»
Azərbaycan Silahlı Qüvvələrinin bu günədək əldə etdiyi nailiyyətlərinin əsasında ordu quruculuğu işinin milli maraqlar üzərində təşkil olunduğu faktı durur. Ordunu xalq və dövlət ilə birləşdirən bağlar, zəngin tarixi köklər, xüsusilə də regionda hökm sürən ictimai-siyasi vəziyyət Azərbaycan Silahlı Qüvvələrini ən qabaqcıl islahatların həyata keçirildiyi yerə çevirib. Lakin bütün bunlara baxmayaraq, son vaxtlar KİV-lərdə biz tez-tez Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qara yaxmaq məqsədini güdən məqalələrlə rastlaşırıq. Bütün bunlara aydınlıq gətirmək məqsədilə, biz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin polkovniki Rövşən Məhərrəmova müraciət etdik.
- Son vaxtlar bəzi mətbuat vasitələrinin hədəfində Müdafiə Nazirliyi daha çox dayanır. Bunun səbəbi nədir?
- Bəli, son vaxtlar mətbuatda ordu haqqında müxtəlif şayiələr yayılıb. Hətta, ölkə prezidenti, cənab İlham Əliyev öz çıxışında da qeyd etmişdir ki, “bəzi qara qüvvələr ordumuzu ləkələməyə çalışırlar”. Həmin qüvvələr Yaşar Cəfərli kimi insanlardan istifadə edir, orduya yalan və böhtanlar atırlar. Bildiyiniz kimi, ordumuzda nizam-intizam yüksək səviyyədədir, yemək və geyim təminatı, ümumiyyətlə, əsgərlərin şəraitinə çox böyük diqqət yetirilir. O ki qaldı mətbuatda dərc olunan və ya bəzi insanların ordu barədə yaydığı yanlış məlumatlara, təbii ki, bu, onların öz səviyyələrinin aşağı olmasından irəli gəlir. Əgər insan orduda yaxşı xidmət edirdisə, o, orduda qalıb xidmətini davam etdirə və bir hərbiçi kimi xalqına xidmət göstərə bilərdi. Yaşar Cəfərli isə, kömək əvəzinə ordudan tərxis olundu. Tərxis olan zaman onun 39-40 yaşı var idi, cavan zabit idi. Ordunu tərk etdikdən sonra ehtiyatda olan zabitlərdən ibarət «Ehtiyatda və istefada olan zabitlər» adlı ictimai birlik yaradıb. Yaşar Cəfərli tapşırıqları yaxşı yerinə yetirmədiyinə, işində yol verdiyi ciddi nöqsanlara və bəzi əməllərinə görə ordudan tərxis olunub. Maraqlıdır, belə bir səviyyədə olan insan necə təşkilat yarada bilərdi? Düşünürəm ki, Yaşar Cəfərli hansısa qüvvələrə qoşulub və o qüvvələrin rəhbərliyi altında çıxışlar edir və hansısa maraqları güdür.
- Sizcə, belə insanların məqsədi nə ola bilər?
- Düşünürəm ki, o yalnız öz şəxsi maraqlarını güdür. Bura həm müsahibələr vermək, həmin o qeyd etdiyim qara qüvvələrin tapşırıqlarını yerinə yetirmək, intriqa yaratmaq aiddir. Mənə elə gəlir ki, o da bəziləri kimi özünə gələcəkdə xaricdə yer axtarır. Əgər bu insan narazıdırsa, ordudan tərxis olunmayaydı və sonadək xidmət edəydi.
- Sizcə, bu cür düzgün olmayan təbliğat gənclərimizə necə təsir edə bilər?
- Mənim fikrimcə, bu cür təbliğatlar və ordumuza böhtanlar gənclərimiz tərəfindən neqativ qarşılanacaq. Ümumiyyətlə, Yaşar Cəfərlinin belə bir təbliğat aparması heç də düzgün deyil. Axı, gənclər ona orduda necə xidmət etdiyi barədə sual verəcəklər. Mən başa düşmürəm, bu sualları o necə cavablandıracaq? Həqiqəti söyləyəcəkmi ki, məni ordudan tərxis ediblər? Hər-hansı bir insan təbliğat işini aparırsa, birinci növbədə, onun fəaliyyəti, hərəkətləri, xidməti nümunəvi olmalıdır. Bu gün isə Y.Cəfərli qruplaşma yaradaraq özü kimi insanları ətrafına toplayıb və ordumuza böhtan atır. Onun kimi insanlar tərəfindən hansı təbliğatdan söhbət gedə bilər? Əsla yox! Təbii ki, bu təbliğat deyil, bu bir böhtandır.
- Bu yaxınlarda Yaşar Cəfərli rəhbərlik etdiyi ictimai birliyin adından şikayət məktubu ilə güc strukturlarına müraciət edib. Siz bu barədə nə düşünürsüz?
- Doğrudur, bu yaxınlarda bir neçə zabit “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin yaranmasına həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün təşkilata yollanıb. Burada nə var ki, Yaşar Cəfərli buna görə güc strukturlarına müraciət edib? Əgər Y.Cəfərli koalisiya yaradıbsa, təbii ki, onu təbrik etməyə də gələcəklər. O isə, onu təbrikə gələn qonaqların xoş niyyətinə sevinmək əvəzinə, narazılığını bildirmişdir. Gərək o, təbrik üçün gələnləri qəbul edərdi, təbriklərini dinləyərdi, o isə bunun əvəzinə güc strukturlarına müraciət etmişdir. Bu, bir daha həmin insanın qərəzli mövqe tutduğunu sübut edir. Müraciət onun əsasında edilib ki, guya onlar ofisə qanunsuz olaraq daxil olublar. Bəs, ictimai təşkilatlar nəyə görə açılır? Təbii ki, hər bir insan bu birliyə gələ də bilər, öz sözünü deyə və təbrikini çatdıra bilər. Əgər bu ictimai təşkilatın nümayəndələri ehtiyatda olan zabitlərdilərsə, onda nəyə görə özləri kimi zabitlərin təbrikini qəbul etmək istəmədilər? Bu, ictimai təşkilatdır və bura hər bir insan müraciət edə bilər.
Bu səbəbdən, həmin ictimai birliyin arxasında kimlərin durduğunu və onların kimlərdən qaynaqlandığını araşdırmaq lazımdır ki, ictimaiyyət belələri tərəfindən aldadılmasın. Bir daha qeyd olunmalıdır ki, ictimai birlik ən layiqli ehtiyatda olan zabitlərdən təşkil olunmalıdır. Mən bunu dönə-dönə təkrar edirəm. İkincisi, özünüz görürsünüz ki, həmin birlik hətta beynəlxalq təşkilatlara və səfirliklərə də müraciət edir. Vətəninin keşiyində duran şəxs vətənini qəsdən beynəlxalq təşkilatların qarşısında ləkələməyə çalışarmı? Bu da, bizim ictimai birlikdir. Buna necə qiymət vermək olar? Xalq buna nə deyər? Onlar bu barədə ciddi düşünməlidirlər.
- Orduda qəsdən adamöldürmə hallarının artdığı barədə çox danışılır. Doğrudanmı belə hallar çoxalıb? Bu barədə Sizin fikirləriniz necədir?
- Bu, ordudur. Bütün əsgərlər əllərində silah gecə-gündüz sərhədlərimizi qoruyurlar və nümunəvi xidmət göstərirlər. Əlbəttə ki, müxtəlif hadisələr baş verə bilər, bədbəxt hadisələr də olur. Belə hallar bütün dünyada baş verir. ABŞ Dövlət Departamentinin rəhbəri çıxışında qeyd edib ki, Əfqanıstanda 350 əsgər özünə qəsd edib. Qeyd edək ki, bu əsgərlər tam hərbi hazırlıq keçmiş hərbçilərdirlər. Bizim ordu sıralarına qəbul olunan gənc əsgərlər isə tam professional deyillər, onlar 18 yaşında cavanlardır. Hərbi xidmət dövründə ölənlərin sayı düzgün göstərilmir, çünki qeyri-döyüş şəraitində baş vermiş hallar nədənsə döyüş şəraitində baş vermiş hallar kimi qeyd edilirlər. Yaxud da əsgərin başına ezamiyyət zamanı evində və ya yolda bədbəxt hadisə gəlirsə, zabitin evində hər-hansı gözlənilməz insident baş verirsə, onu da həmin siyahıya salırlar. Mən hesab edirəm ki, bu, düzgün deyil. Hadisələr hər yerdə baş verir. Biz də belə məlumatları heç vaxt ictimaiyyətdən gizli saxlamamışıq. Hər bir hadisə bilavasitə cənab nazir Səfər Əbiyevin birbaşa nəzarəti altında araşdırılır.
- Ümumiyyətlə, əsgərlərin psixoloji durumu bu gün nə vəziyyətdədir?
- Əsgərlərin psixoloji durumu və vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Əsgərlər arasında daima vətənpərvərlik siyasəti aparılır. Əsgərlər Ali Baş Komandanın göstərişini gözləyirlər, onlar döyüşə tam hazır vəziyyətdədirlər. Vətənpərvərlik əslində əsgərlikdən yox, körpə dünyaya gəldiyi vaxtdan, uşaq bağçasından, məktəbə getdiyi dövrlərdən başlamalıdır. Cavanlar əsgərliyə öncədən hazırlanmalıdırlar. Əfsuslar olsun ki, bizim məktəblərdə hərbi müəllimlər idman müəllimləri tərəfindən əvəz olunur. Hərbi müəllimlər yox səviyyəsindədirlər. Əvvəllər məktəblərdə hərbi dərslər keçirilirdi. Bu dərslər ehtiyatda olan hərbiçilər, mayorlar, polkovnik-leytenantlar, polkovniklər tərəfindən aparılırdı və cavanlar hərbi xidmətə gedəndə artıq əllərində silah tutmağı bacarırdılar. Amma indiki cavanlar bunu bacarmırlar, çünki onlarla əvvəlki kimi lazımi iş aparılmır. Yük düşür ordunun üzərinə. Buna diqqət yetirmək lazımdır.
- İl ərzində Azərbaycan Silahlı Qüvvələrinin inkişafını necə qiymətləndirirsiniz? Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdırmı?
- Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın, cənab İlham Əliyevin rəhbərliyi altında çox inkişaf edib. Günü-gündən bizim ordu öz qüdrətini artırır. Ordumuz regionda ən güclü ordudur və onun psixoloji vəziyyəti yüksək səviyyədədir. Dövlət başçısı, Ali Baş Komandan hər bir dəqiqə göstəriş verdiyi halda Azərbaycan Silahlı Qüvvələri onun göstərişini yerinə yetirməyə hazırdır.
Bir də qeyd etmək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas öhdəliyi düşmənlərin işğal olunmuş torpaqlardan çıxarılmasıdır və biz buna nail olacağıq.
Azərbaycan Silahlı Qüvvələrinin son illər ərzində inkişafı, ən son silahlar, hərbi texnika ilə təmin olunması, hərbi hazırlıq səviyyəsinin artırılması bizi qələbəyə doğru aparır. Qələbə günü uzaqda deyil!
Biz torpaqlarımızın işğalına əbədi olaraq dözmək niyyətində deyilik. Ya problem ən qısa müddətdə sülh yolu ilə həll olunacaq, ya da regionda hərbi münaqişənin gərginləşəcəyi qaçılmazdır.
İskəndər Quliyev

Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |