05.03.2013 [14:23] - Güney Azərbaycan xəbərləri
Təbrizin “Yanar” kafesdində tutulan azərbaycanlı fəalların vəsiqə qarşılığında zaminə buraxılmasına icazə verilmiyib.
Tutuqluların ailəsi Təbrizin Ümumi Məhkəməsinin 19-cu şöbəsinə müraciət edib və övladlarının zaminə buraxılmasını istiyiblər. Lakin hakim onları hədələyib və müvəqqəti həbs müddətini həftə sonuna qədər uzadıb. “Yanar” kafesində tutulan azərbaycanlı fəallar Salar Turi, Məhəmməd Xətibi, Məhəmməd Əmiri, Əli Sirnak və Adil Xəndan 2 gün öncə sistemin əleyhinə təbliğdə ittiham edilərək mühakimə edilib və Təbrizin Mərkəzi zindanına salınıblar. Bildirək ki, həmin fəallar fevralın 24-də “Traxtur”un Asiya oyunları öncəsi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən “Yanar” kafesində tutulmuşdular. Məmurlar hücum edib həmin kafedə 45 nəfərdən çox fəalı yaxalamışdı. Onların əksəri sərbəst buraxılmışdı. Lakin qalan 5 nəfər zaminə buraxılsalar da mühakimədən sonra hakimin göstərişi ilə zindana salınıblar.

Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |