05.03.2013 [17:26] - Mədəniyyət
Azərbaycanda e.ə. III minilliyə, orta tunc dövrünə aid yeni yaşayış məskəni aşkar edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib.
Onun sözlərinə görə, Şəkinin Kiçik Dəhnə kəndi ərazisində Ağqabırlı deyilən ərazidə aşkar olunan yeni yaşayış məskənində e.ə III minilliyin axırından e.ə. I minilliyin əvvəllərinə qədər təxminən 2000 ilə yaxın müddətdə fasiləsiz yaşayış olub: “Arxeoloji materiallar göstərir ki, qeyd olunan dövrdə burada oturaq əkinçiliklə, yaylaq-qışlaq təsərrüfatına uyğun olan maldarlıq inkişaf edib. Yaşayış məskəninin mədəni qatı iki təbəqədən ibarətdir. Bu isə onu göstərir ki, ərazini ən azı iki dəfə sel basıb. Amma qısa müddətdə burada yenidən məskunlaşma olub. Ərazidə aparılan qazıntılar zamanı keramika, dulusçuluq qabları, insan və heyvan sümükləri, əmək alətləri, əhəng daşından olan müxtəlif əkinçilik alətləri, müxtəlif daş növlərindən sürtgəclər, həvəngdəstəsi tapılıb. Hələlik metala təsadüf olunmayıb”.
N. Muxtarov deyib ki, Ağqabırlı yaşayış yerinə yaxın ərazidə nekropol və kurqanlar qrupu da qeydiyyata alınıb. Bu kurqanlar traktorların şumlaması zamanı yerüstü hissəsi dağılan 120-dək kurqanın daxil olduğu Ağdərə nekropolunun qonşuluğundadır.
Ərazidə arxeoloji qazıntılar davam edəcək.

Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |