06.03.2013 [10:12] - Gündəm, Bildiriş
Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib.
“Frans Press”in verdiyi xəbərə görə, bu barədə Venesuelanın vitse-prezidenti Nikolas Maduro bəyan edib.
Qeyd edək ki, martın 5-də ilk öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib.
Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar olunub. Əməliyyatdan sonra 2 ay o Qavana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə o qəfil Karakasdakı hərbi hospitala köçürülüb.

Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |