04.11.2011 [10:16] - İdman
Berti Foqtsun baş məşqçi postundakı taleyinə İcra komitəsinin iclasında qərar veriləcək.
Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib ki, İcra komitəsinin iclası çağırılacaq və müvafiq qərar qəbul ediləcək.
"Biz hələ qərar verməmişik, Berti Foqtsla da danışmamışıq", - Abdullayev deyib.
AFFA prezidenti ötən mərhələ üçün Foqtsun başçılığı altında Azərbaycan yığmasının normal futbol sərgilədiyini bildirib. "Avropa seçmə mərhələsini keçmək üçün gərək futbol inkişaf etsin. 12 klubunun oyunçuların yarısı yüksək səviyyəli futbolçular olsunlar", - o deyib.
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi, alman mütəxəssis Berti Foqts ötən həftə Almaniyanın Frankfurter Allgemeine qəzetinə verdiyi müsahibədə cari ilin sonunda vaxtı bitən müqaviləni uzatmayacağını demişdi.

Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |