Şrift:
Güney Azərbaycanda daha iki milli fəal həbs olundu
06.03.2013 [12:40] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan milli hərəkatından davam.az saytına daxil olan məlumata əsasən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tikantəpə (Tekab) şəhərində Əli Hidayəti və Yədulla (Elman) Dəştini tutublar. Hər iki azərbaycanlı fəalın evində, iş yerlərində axtarış aparıldığı, onlara məxsus kompüterlər, Azərbaycan dilindəki kitablar və bir sıra şəxsi əşyaların müsadirə edildiyi bildirilir.
Qeyd edək ki, fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş görüşdən sonra Tikantəpə şəhərində daha on azərbaycanlı fəal ETTELAAT-a çağırılaraq sorğu-suala tutulduqdan sonra onları azadlığa buraxılıb
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed