07.03.2013 [12:01] - Güney Azərbaycan xəbərləri
Həbs edilən Məlikkəndli (Məlikan) milli-mədəni fəalların azadlığa buraxılması tələbilə geniş şəkildə Bildirilər paylanılıb.
Məlikkəndi şəhəri, məktəbləri və ətraf kəndlərdə paylanılan həmin Bildirilərdə azərbaycanlı fəallar Oxtay Vəlizadə, Əhməd Riazi və Mehdi Kuxianın sərbəst buraxılması tələb edilir. Həmçinin həmin Bildirilərdə Dünay Ana Dili Günü, erməni cinayətləri və Qarabağda azərbaycanlıların qətliam edilməsi, Azərbaycan mə`dənlərinin fars şovinizmi tərəfindən talanması və s. məsələlərinə işarə edilib.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar Mehdi Kuxian və Oxtay Vəlizadə 2012-ci il dekabrın 30-da ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutulublar. Onlar 1 həftə Təbriz ETTELAAT-nın təcridxanasında saxlanıldıqdan sonra Marağa zindanına köçürülüblər. Həmin fəallar 2 aydır Marağa zindanında qeyri-müəyyən şəraitdə saxlanılır. Əhməd Riazi isə 29 nəfərlə birlikdə Qumtəpədə iftar mərasimində tutulanlardan biridir və hazırda həbsdədir.

Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |