07.03.2013 [17:23] - Güney Azərbaycan xəbərləri
Son zamanlar Təbriz zindanında saxlanılan fəalların sayının kəskin artdığı müşahidə olunur.
Ötən həftə ərzində 10 nəfərdən artıq milli fəal mühakimə edildikdən sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından Təbriz zindanına göndərilib.
Son bir ayda Təbriz zindanına göndərilən fəallardan din xadim Hüccətul-İslam Əbdüləziz Əzimi-Qədim, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni və Şəhram Radmehr, Əli Sirnak, Əli Xəndan, Məhəmməd Xətibi, Salar Turi və Məhəmməd Əmirinin adlarını çəkmək olar.
“İranda siyası məhbuslar haqda informasiya yayanlar təhlükəsizlik orqanları tərəfindən təqib olunur və məhbusların ailələri bu haqda müsahibə verməmək üçün təhdid və hədə-qorxuya məruz qalırlar”- deyə yazan insan haqları qrupları Azərbaycan şəhərlərinin zindanlarında saxlanılan və ETTELAAT məmurları tərəfindən tutulan bütün fəalların adlarını dəqiqləşdirməyin mümkün olmadığını bildirirlər.

Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |