Şrift:
Moskva BMT əsgərlərinin Suriyada qaçırılmasına sərt reaksiya verdi
07.03.2013 [17:32] - Gündəm, Siyasət
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Suriyada BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sülhməramlı əsgərlərinin qaçırılmasının heç bir əxlaqi dəyər tanımamağın pik nöqtəsi olduğunu deyib.

Qatilov "Twitter"dakı hesabında bu cür hərəkətlərin heç vaxt kimsə tərəfindən dəstəklənmədiyini bildirib: "Amma militanlar hər cür üsula əl atmaqdan çəkinmirlər".

Qeyd edək ki, dünən axşam İsraillə Suriya arasında atəşkəsə nəzarət edilən Qolan təpələrində 20 BMT əsgəri 30 silahlı şəxs tərəfindən girov götürülüb.

BMT sözçüsünün müavini Eduardo del Buey BMT sülhməramlı missiyasının bu vəziyyəti dəyərləndirmək üçün qrup yaratdığını söyləyib. Əsgərləri qaçıran silahlılar isə internetdə bir video yayaraq filippinli sülhməramlıları Əsəd ordusunu Cemla şəhərindən çəkilməsi şərtiylə azad edəcəklərini bildiriblər.

Militanlar sülhməramlıları Suriya rejiminin Qolan yaxınlığındakı bir bölgəyə yenidən yerləşməsinə yardım etməkdə ittiham edir.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed