09.03.2013 [10:38] - Gündəm, Hadisə
Hadisəni törədənlərdən biri tutulub, ikisinin axtarışları davam etdirilir
Balakəndə silahlı insident olub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.
Hadisə rayonun Gərəkli kəndində qeydə alınıb. Gecə saatlarında “Niva” markalı avtomobillə kəndə daxil olan bir qrup şəxs avtomat silahdan bir neçə dəfə atəş açıb.
Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Hadisə baş verən ərazidən 5.45 çaplı bir neçə giliz götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Niva” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Polad Kamil oğlu Sultanov saxlanılıb.
Hadisənin digər iştirakçıları – 1990-cı il təvəllüdlü Murad İlqar oğlu Əzizov və 1995-ci il təvəllüdlü Emil Şabnus oğlu Dibirovun tutulması istiqamətində isə axtarışlar davam etdirilir.
Polisdən həmçinin bildirilib ki, hadisədə istifadə olunan avtomat silahı M. Əzizova məxsus olub, atəşi də o açıb. Hadisənin motivi hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |