Şrift:
İranda iki jurnalist tutulub, üç qəzetin nəşrinə qadağa qoyulub
09.03.2013 [10:44] - Güney Azərbaycan xəbərləri
İranda islahat tərəfdarı olan iki jurnalist tutulub, üç qəzetin fəaliyyətinə isə qadağa qoyulub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları “Məğrib” qəzetində çalışan Məhəmməd Mehdi İmami Nasiri ilə Əlirza Ağayiradı martın 6-da iş yerinə tutub bilinməz istiqamətə aparıblar.

“Məğrib”in redaksiyasında yoxlama aparılıb, jurnalistlərə məxsus kompüterlər və bir sıra şəxsi əşyalar götürülüb. Bununla da son ay yarımda İranda tutulan jurnalistlərin sayı 21 nəfərə çatıb.

ETTELAAT əməkdaşları martın 6-da “Asiman”, “Mehrnamə” və “Təcrübə” həftəlik qəzetlərinin redaksiyalarına müraciət edərək onların nəşrinə qadağa qoyulduğunu da bildiriblər. Qadağanın səbəbi rəsmən açıqlanmasa da, İran mənbələri bunu həmin qəzetlərin prezident seçkisi ərəfəsində islahatçı şəxslər haqda tez-tez yazılar dərc etməsi ilə əlaqələndirir.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed