Şrift:
Güney Azərbaycan İran deyil plakatı ilə bağlı göstəriş verildi
09.03.2013 [15:18] - Güney Azərbaycan xəbərləri
Təbrizdə Traxtur”la “Əlcəzirə” takımının arasında keçirilən müsabiqə zamanı nümayiş etdirilən “Güney Azərbaycan İran deyil” plakatına beynəlxalq səviyyədə reaksiya oldu.

İran, Azərbaycan və dünya mediasında təhlil olunan məşhur plakat İran rejimini qorxuya salıb.Güneydən davam.az saytına daxil olan məlumata görə, İranın təhlükəsizlik üzrə yüksək rütbəli orqanları artıq bununla bağlı İranın kiber (sayberi) polisinə göstəriş verib. Göstərişə görə kiber polis Facebook və sosial şəbəkələrdə sözü gedən plakatı yayıb və təbliğ edənləri təqib etməli və yaxalamalıdır. Həmçinin plakatın təsviri ilə birlikdə onunla bağlı yazı, məqalə və hər hansı bir məlumat yayan şəxslər də təqib olunacaq.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed