Şrift:
Güney azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılıb
09.03.2013 [15:42] - Güney Azərbaycan xəbərləri
İftar mərasimi zamanı həbs edilən Şəhram Dadaşi Təbrizin mərkəzi həbsxanasında saxlanılırdı

İranda azərbaycanlı fəal azadlığa buraxılıb.Şəhram Dadaşi bir ay həbsdə saxlanıldıqdan sonra martın 6-da Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, Ş. Dadaşi Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhim Əlirzayi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bərqdar və Əsgər Ağayi Əlvəndi bəraət qazanmış daha iki nəfərlə birlikdə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilmişdi. Azərbaycanlı fəala 8 ayı şərti olmaqla 1 il həbs cəzası verilmişdi. Ş. Dadaşi 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı həbs alınmış 30-a yaxın milli fəalla bağlı afişa yaydığına görə tutulmuşdu. Azərbaycanlı fəal 2011-ci il oktyabrın 9-da bir ay saxlanıldıqdan sonra 30 milyon tümən mülk girovu qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılmışdı. Ancaq 2013-cü il fevralın 4-də barəsində çıxarılmış həbs cəzasının icrası üçün Təbriz mərkəzi zindanının karantin bölümünə salınmışdı.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed