09.03.2013 [16:14] - Xəbərlər, Siyasət
Şimali Koreya rəhbərliyi bu ölkənin keçirdiyi nüvə sınaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının bu həftə qəbul etdiyi qətnaməni rəsmən rədd edib.
“Reuters”ə istinadən xəbərinə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi qətnaməni qəbul etmədiyi haqda açıqlama yayıb.
XİN sənədi “ABŞ-ın KXDR-ə qarşı düşmən siyasətinin məhsulu” adlandırıb: “Bütün dünya süni peyk buraxmış nüvə ölkəsi olan KXDR-in israrlı mövqeyini görəcək”.
Qeyd edək ki, martın 7-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın fevralın 12-də keçirdiyi nüvə sınaqlarına cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib. Sayca dördüncü olan sanksiyalar Şimali Koreyanın bank tranzaksiyalarını bağlamağı, hesablarını dondurmağı, təyyarə və gəmilərinə baxış keçirməyi, külli miqdarda pul aparması şübhə doğuran diplomatları yoxlamağı, KXDR-ə yaxta və idman avtomobilləri ixracın qadağan olunmasını nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |