11.03.2013 [14:48] - Hadisə
Şamaxıda canavarların hücumu mal-qaranın kütləvi tələfatı ilə nəticələnib. EL TV xəbər verir ki, Şamaxı rayonu Hacıqədirli kəndində fərdi heyvandarlıq təsərrüfatına canavarların hücumu olub. Hadisə İsmayılov Elsəvərə məxsus fermada baş verib. Canavarların hücumu zamanı xeyli sayda qoyun-quzu məhv olub.
Təsərrüfat sahibinin sözlərinə görə,belə kütləvi təlafat indiyə qədər olmayıb. 350 qoyun-quzudan təqribən 180-i salamat qalıb. Yaralı qoyun-quzudan istifadə etmək isə artıq mümkün deyil. Fermada çobanlıq edən şəxslər deyiblər ki, onlara silahdan istifadə etmək icazəsi olmadığından, canavarların hücumundan nə özlərini, nə də mal-qaranı qoruya bilmirlər.

Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |