Şrift:
ABŞ-da keçirilən etiraz aksiyalarında 80 nəfər həbs olunub
04.11.2011 [15:02] - Gündəm
ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) keçirilən dinc nümayiş sonradan idarəolunmaz hala gəlib. Reuters agentliyinin verdiyi məlumata görə, nümayişçilərin mağazaları talan etməsini önləmək üçün polis tədbir görmək istəsə də məqsədinə nail ola bilməyib. Nəticədə 80 nəfər həbs olunub.
Yerli hakimiyyət nümayəndələrinin verdiyi məlumata görə, dünən baş verən qarrıdurmada isə 5 nümayişçi polislə toqquşmada müxtəlif dərəcəli xəsarətlər alıblar. Polislər arasında da xəsarət alan var – 3 nəfər.
Qeyd edək ki, əgər “Oklendi ələ keçir” adlı etiraz aksiyaları kifayət qədər dinc keçirdisə, indi vəziyyət xeyli dəyişib. Hakimiyyət orqanlarının etirazçıların çağırışına biganə münasibət göstərməsi əsəbləri tarıma çəkib. Sentyabrın 17-dən başlanan “Uoll-Striti ələ keçir” mitinqləri bu gün ABŞ-ın əksər iri şəhərlərinə yayılıb.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed