Şrift:
Türkiyə səfiri Gəncədədir
11.03.2013 [22:42] - Xəbərlər, Bildiriş
Türkiyə səfiri Gəncədədir.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Qonaqlara Gəncənin tarixi, sosial-iqtisadi imkanları və həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfirlə görüşündə Gəncənin Türkiyə ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb, bundan sonra da əlaqələrin genişlənəcəyinə əmin olduğunu bildirib. Səfir isə öz növbəsində Gəncənin gözəl bir şəhər olduğunu və 5 ay içərisində xeyli dəyişdiyini diqqətə çatdırıb. Görüşdə Türkiyə və Azərbaycan arasında, xüsusilə Gəncə şəhərində hansı sahələrdə işbirliyinin mümkünlüyü müzakirə edilib, hər iki ölkənin öz təcrübələrini bir-biri ilə bölüşməsi önə çəkilib.
"Türkiyəli və azərbaycanlı investorların birlikdə investisiya qoymaları barədə danışdıq. Yaxın vaxtlarda bu hədəflərə nail olmaq üçün konkret addımlara atmağı planlaşdırırıq. Gəncə şəhəri həm Azərbaycan tarixi, həm də türk dünyası üçün hamımızın ürəyində olan çox qədim və önəmli şəhərdir", - İsmayıl Alpər Coşqun deyib.
Səfir Türkiyənin Gəncədə bütün sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Gəncənin Atatürk prospektində aparılan quruculuq işlərini də yüksək qiymətləndirib.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed