Şrift:
Avropa Birliyi daha 9 iranlıya sanksiya tətbiq etdi
12.03.2013 [10:28] - Güney Azərbaycan xəbərləri
Martın 11-də Brüsseldə bir araya gələn Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri insan hüquqlarını pozduqlarına görə 9 iranlıya sanksiya qoyub.

Sanksiyaya məruz qalan iranlıların adları hələlik açıqlanmayıb.

Sanksiyaya əsasən, 9 iranlının Avropa Birliyi ölkələrindəki əmlakı dondurulur, onların bu ölkələrə səfər etmək üçün viza almaları qadağan edilir.

Beləliklə, insan hüquqlarını pozduqlarına görə sanksiyaya məruz qoyulan iranlıların sayı 87 nəfərə çatıb.

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri sanksiyaların vaxtının daha bir il uzadılması barədə də qərar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed