Şrift:
Tehranda həbsdə olan jurnalistlərin 3 nəfəri azadlığa buraxılıb
12.03.2013 [10:39] - Güney Azərbaycan xəbərləri
Tehranda həbsdə olan jurnalistlərin 3 nəfəri azadlığa buraxılıb


İranda həbsdə saxlanan islahatçı jurnalistlər Məhəmməd Mehdi İmami Nasiri, Əlirza Ağayirad və Ehsan Mazəndərani azadlığa buraxılıb. “Məğrib” qəzetinin əməkdaşları Məhəmməd Mehdi İmami Nasiri və Əlirza Ağayirad martın 7-də, “Etimad” qəzetinin əməkdaşı Ehsan Mazəndərani isə martın 10-da azadlığa çıxıblar. Hər üç jurnalistin müvəqqəti azadlığa buraxılması ailələrinin qoyduğu mülk girovu qarşılığında mümkün olub.

ETTELAAT əməkdaşları yanvarın 26-dan bəri 21 jurnalisti tutub. Xarici ölkələrin media quruluşları, o sıradan BBC ilə əməkdaşlıqda günahlandırılan jurnalistlərdən 17-si (Mütəhhirə Şəfiyi, Əli Dehqan, Tatimə Sağərçi, Cavad Dəliri, Hüseyn Yağçı, Keyvan Mehreqan, Emili Əmrai, Nərgiz Cudəki, Reyhanə Təbatəbayi, Əkbər Müntəcəbi, Puriya Aləmi, Milad Fədai Əsl, Süleyman Məhəmmədi, Pejman Musəvi, Nəsrin Təxəyyüri, Sasan Ağayi və Səba Azərpeyk) bundan əvvəl şərti azad ediliblər.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed