12.03.2013 [11:29] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Tehranda Qaradağ zəlzələsində zərərçəkənlər soydaşlarımıza yardım məqsədilə türk dilində Şeir Gecəsi keçirilib.
Martın 9-da keçirilən Şeir Gecəsində bir çox şair, öyrənci və milli-mədəni fəal iştirak ediblər.
Mərasimdə ilk olaraq Vərziqanın millət vəkili ALLAHverdi Dehqani və Əhər və Herisin keçmiş millət vəkili Qulamhüseyn Məsudi və daha bir neçə məsul şəxs çıxış edib və zəlzələdən 7 ay keçdikdən sonra, fəlakət bölgəsinə hakim olan ağır vəziyyətdən danışıblar. Mərasimdə Ustad Eloğlu, Eldar Muğanlı, Səid Muğanlı, Əkrəm Nəccari, Alma Muğanlı və daha bir neçə gənc şair şeir oxuyublar. Mərasimin sonunda “Sulduz” türk musiqi qrupu da Azərbaycanın klassik musiqi sənəti ilə çıxış edib.
Həmçinin mərasimlə yanaşı türk dilində kitablar da sərgilənib.
Sonda təşkilatçılar tərəfindən mərasimdə iştirak edənlərin xeyriyyə yardımları toplanılıb.

Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |