Şrift:
Barak Obama: ABŞ İranın uranın zənginləşdirilməsi həcmini yüksəltməsinə belə icazə verməyəcək
12.03.2013 [11:57] - Gündəm, Siyasət
“ABŞ heç vaxt İranın nüvə dövlətinə çevrilməsinə icazə verməyəcək”.İran mətbuatına istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton nəinki İranın nüvə silahına sahib olmasına, hətta uranın zənginləşdirilməsi həcmini yüksəltməsinə icazə verməyəcək.

B.Obama deyib ki, ABŞ İrana qarşı daha sərt cəbhənin yaranmasının tərəfdarıdır: “Ancaq bununla belə, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həlli üçün hələlik diplomatik qapılar bağlanmayıb. Problemin müzakirələr yolu ilə nizamlanması üçün şərait var”.
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed