12.03.2013 [13:20] - Güney Azərbaycan xəbərləri
İranın İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı bu yaxınlarda baş vermiş maliyyə fırıldağında əhəmiyyətli rol oynayıb.
"Mehr News" agentliyinin yaydığı məlumata görə, bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn Möhsüni Ejeyi bildirib.
"Əgər İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankı öz öhdəliklərini layiqincə yerinə yetirsəydilər, bu qədər böyük həcmdə maliyyə korrupsiyası olmazdı. Əgər qabaqlayıcı tədbirlər görməsək, belə hallar gələcəkdə təkrarlana bilər", - o qeyd edib.
"2012-ci ilin iyul ayında bank fırıldaqlarında təqsirləndirən 4 iranlı edam edilib. Onlar 2,8 milyard dollar həcmində ziyan vurmuşdular", - Əjeyi deyib.
O əlavə edib ki, bank fırıldağı işi üzrə daha iki nəfər ömürlük azadlıqdan məhrum edilib, təqsirləndirilən şəxslərin bəziləri isə 25 il həbs cəzası alıblar.
Bu iş üzrə ümumilikdə 39 nəfər həbs edilib.Məhkəmə prosesi fevralın 19-da başlayıb

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |