Şrift:
ASAIF ictimai-siyasi fəal olan gənclərdə ruh düşgünlüyü yaradır.
12.03.2013 [15:05] - Diaspor
Almaniyada maqistr təhsili alan bir gənc olaraq Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davamçısı Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına olan sonsuz məhəbbətinin, Dağlıq Qarabağ mövzusundakı qətiyyətinin, inamının və sınmaz iradəsinin son dərəcə yüksək olduğunu qəbul edərək uğurlu siyasəti dünyanın hansı nöqtəsində olmağımdan asılı olmayaraq son nəfəsimə qədər dəstəkləyəcəyimi öncədən diqqətinizə çatdırmağı özümə borc bilirəm. Bundan sonra da Almaniyada Azərbaycan diasporasının güclənməsi, Dövlətimiz haqqında mübət imicin formalaşması istiqamətində əlimdən gələni əsirgəməmək, diasporamızın güclənməsinə əngəllər törədən şəxslərin qarşısında gələcəkdə planlaşdırdığım fəalliyyətim ilə onlara tutarlı cavab verəcəyimi tam məsuliyyəti ilə nəzərinizə çatdırıram.
Qeyd edim ki, bu yazını heç bir hüquqi, ictimai-siyasi terminlərdən istifadə etmədən və yer azlığı baxımından təfərrüatlara varmadan sadə oxucu kütləsi üçün ərsəyə gətirməyə çalışacağam ki, hər kəs üçün anlayışlı olsun.
Son günlərdə sosial-şəbəkələrdə, xüsusilə ictimai-siyasi fəallığı ilə seçilən bir qrup xaricdə təhsil alan gənclərin (xüsusən Almaniyada) haqlı olaraq narazılığına səbəb olmuş ASAİF (Azerbaijan Students and Alumni İnternational Forum) adlanan təşkilatın 28-29 Mart 2013-cü il tarixində keçiriləcək Roma forumunun seçim nəticələrinin ictimaiyyətə hər zamanki kimi qaranlıq qalan məqamları bu dəfə də narazılıqlara səbəb oldu. Prezident İlham Əliyevin 21 aprel 2011-ci il tarixdə gənclərlə görüşündə səsləndirdiyi “Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır” fikri bu dəfəki yəni Roma forumumun əsas fəlsəfəsi əsası olacağı gözlənilir.
Əsas fikrə keçid etmədən öncə bir daha vurğulamaq istəyirəm ki, ASAİF – Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumudur və əsas fəaliyyət istiqamətlərindən biri lobbiçilik və diaspora fəaliyyətləri sayılır. Bunu biz tələbələr yekdilliklə tədqirəlayiq sayırıq.
Bəs narahatçılıq doğuran məqamlar hansılardır ki, onlardan bu gün yazmaq istəyirəm.
Sual: Niyə ASAİF komandasının iddia etdiyi qədər düzgün qurulmuş təşkilati məsələləri və foruma ərizə ilə müraciət etmiş gənclərin forumda iştirak etmə haqqını qazanıb-qazanmamalarına dair nəticələri bu qədər foruma qatıla bilməyən gəncləri narahat edir? Foruma qatıla biləcək hər bir şəxs təsdiq e-maili alır. Niyə forumda iştirak haqqı əldə etməyən şəxslər heç bir imtina e-maili və ya məktubu almır və seçimlərin nəticələri haqqında cavabı əldə etmək hüquqları onların əlindən alınır? Seçim zamanı ərizəçilərin hansı keyfiyyətlərinə və ya göstəricilərinə görə seçilib-seçilməməsi ərizəçilərə bildirilmir, amma imtina məktubunun göndərilməsi ərizəçinin gələcək iş planını düzgün orqanizə etməsi baxımından mütləqdir?. Seçimlərə başlamadan öncə isə ərizəçilərin hansı kriteriyalara uyğun, hansı şərtlər altında seçiləcəyi (yaş həddi, siyasi baxışı, sosial statusu, ailə vəziyyəti və s.) öncədən tərtib olunsa və göstərilsə, ərizəçilərin də bu tip forumlara müraciət etmək və ya əksinə-etməmək qərarlarının vaxtında düzgün alınmasında yardım edər, vaxta qənaət baxımından ərizəçilərin boşuna səmərəsiz vaxt itgisinin qarşısını alar.
Digər məqam: 28-29 mart 2013 cü il tarixində keçiriləcək Roma forumunda iştirak haqqına sahib olan ərizəçilərin sayı haqqında məlumat yalnız ASAİF strukturunda təmsil olunan ayrı-ayrı şəxslərin facebook sosial şəbəkəsində statularında təzahür olundu. Bu barədə məlumat ASAİF-in rəsmi səhifəsində digər ərizəçi üçün vacib olan məlumatlar kimi öz əksini tapmadı.
Keçək, yaxın günlərdə baş tutacaq Roma forumunun fəlsəfəsinə və bəzi mövcud Azərbaycan hakimiyyətinə müxalif düşüncədə bulunan xaricdə təhsil alan gənclərin hücüm taktikasına.
Üçüncü məqam: Yuxarıda qeyd etidyim ki, forumun əsas fəlsəfəsi cənab prezident İlham Əliyevin gəncləri vətənpərvərliyə səsləyən şüarlarıdır. İndi diqqət edək seçimlər doğrudan objektiv baş tutdumu? Nə qədər cənab prezidentin siyasətini dəstəkləyən gənc bu dəfə də kənarda qaldı və nə qədər mövcud iqtidarın siyasətini bəyənməyən və onu çoxu zamanlarda iqtidarı kəskin, bəzən gizli , bəzən də açıq tənqid edən gənclər forumda iştirak haqqını qazandı? Təəssüf ki, bu sualların cavabını mən bu yazıda dəqiq verə bilməyəcəm, amma sosial şəbəkələrdəki müşahidilərimdən həqiqətən də müəyyən miqdarda Prezident İlham Əliyevin siyasətini heç bir şəxsi maraqları naminə deyil, həqiqətən də dövlətçilik və millətçilik naminə ürəkdən dəstəkləyən və diasporanın güclənməsi istiqamətində əllərindən gələni əsirgəməyən gənclərin hər dəfə belə forumlarda kənarda qalması beynimdə maraqlı suallar yaradır...??? Bu günlərdə sosial şəbəklərdə müxalifət düşərgəsindən olan gənclərin ASAİF-in yalnız iqtidarı dəstəkləyən gənclərin yanında olmasını, forumlarda iştirak hüquqlarını yalnız onlara tanıması kimi iddialı fikirlərini tamamilə əsassız sayıram və bildirmək istəyirəm ki, əmin ola bilərsiniz ki, dəfələrlə ASAİF-ə müraciətim zamanı, həm də siyasi baxışlarımı bildirərək Forumlara qatılmaq barədə rədd cavabı almışam. Ikinci dəfə AR Xarici İşlər Nazirliyi, AR Gənclər və İdman Nazirliyi, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, AR Avstriya Respublikasındakı Səfirliyi, AR Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və ASAIF –in təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda 26-27 oktyabr 2012-ci il Vyana forumunda iştirak üçün ərizə təqdim etdikdən sonra təsdiq cavabını almamağım oldu. Bundan sonra facebook sosial şəbəkəsində ASAİF-in sədri Ramin Hakimovdan seçim zamanı mənə də Dağlıq Qarabağ mövzusunu dissertasiya işində hədəfə alan gənc kimi (o zaman planım idi) bu foruma qatılmaq üçün dəvətnamənin göndərilməsini xahiş etsəm də, Ramin Hakimov mənə bu foruma qatılmağımın mümkünsüzlüyünü bildirdi və beləliklə Dağlıq Qarabağ mövzusunda Almaniyada dissertasiya işini müdafiə etmək istəyən bir gənc üçün ictimai-siyasi fəallığının artırılması istiqamətində bu cür məhdudiyyət qoyuldu. Yazımda anladığınız qədər Roma forumunda da iştirak hüququmun olmaması növbəti də mən də gələcəkdə ictimai-siyasi fəaliyyətimdə ruh düşkünlüyünü yaratdı.
Səmimiyyətimə inanın, ASAİF təşkilat olaraq gəncləri sosial və ya digər statuslara görə deyə bilmərəm, amma əmin olun ki, siyasi baxışlarına görə qətiyyən ayırmır.
Sonda əlavə olaraq bunu da bildirmək istəyirəm ki, cənab prezident İlham Əliyevin müdrik və Azərbaycan xalqını hər zaman irəliyə aparacaq, Azərbaycanın nüfuzunu dünyada daha da artıracaq bir dövlət başçısı kimi siyasətinin arxasınca gedən və Azərbaycanın, dövlət başçısının adını dünyanın müxtəlif millətləri qarşısında yüksək tutmağa çalışan gənc azərbaycanlılar qarşısında bu yolda məhdudiyyətlər qoyulmasını, bizlərə oyunlar oynanılmasını istəmirəm, əksinə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən bizlərə mənəvi-ideoloji dəstəyin verilməsini arzulayıram. Bizlər iqtisadi cəhətdən yalnız özümüzdən asılı olduğumuzdan Sizlərin yalnız mənəvi-ideoloji dəstəyinə ehtiyacımız var!
Almaniya, Postdam
Günel Qurban
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed