Şrift:
Almaniya Federal hökuməti Xocalı aeroportu haqqında bəyanat verib
12.03.2013 [15:12] - Gündəm, Hüquq
Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Korneliya Piperin Federal hökumət adından Xocalı aeroportu ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir ki, Azərbaycan tərəfinin icazəsi olmadan Xocalı aeroportunda uçuşların bərpa edilməsi Ermənistanla Azərbaycan arasında 1994-cü ildən mövcud olan atəşkəs sazişinə xələl gətirəcək və Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb olacaq.

"ATƏT-in Minsk qrupunun həmsədrləri 2012-ci il iyulun 13-də bəyan edib ki, aeroportun yenidən açılması Dağlıq Qarabağın statusuna dəyişiklik edilməsi üçün istifadə oluna bilməz. Bəyanatda bütün tərəflər məsələnin diplomatik həll yollarını axtarmağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə dəvət edilir.
Federal hökümət Avropa Birliyindəki tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycanı gərginliyi alovlandıracaq hər hansı bir hərəkətdən çəkinmək və məsələnin sülh yolu ilə həlli istiqamətində çalışmaq zərurətini vurğulamasını dəstəkləyir", bəyanatda qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed