Şrift:
Gürcüstandan davam.az-a yazırlar
12.03.2013 [15:27] - Borçalı
Özünü təşkil edən Gürcüstan Müsəlman-Demokratlar hərəkatı (sonradan Müsəlman-Demokratlar) öz fəaliyyətini Gürcüstan konstitusiyası, beynəlxalq müqavilələr,norma, aktlar və beynəlmiləl hüququn ali prinsipləri əsasında yürüdür. Müsəlman-Demokratlar insan haqlarını və azadlığını qəbul edən, dövlət şüurunu nəzərə alaraq Gürcüstan vətəndaşlarının iradəsini ifadə edən, liberal -demokratik prinsipləri tətbiq edən və qoruyan vətəndaş hərəkatıdır. İctimai-siyasi həyatda milli azlıqların faydalı iştirakı ilə bağlı Avropa Şurasının 1999-cu il Lund tövsiyələri ilə razılaşır. Ərazi bütövlüyünün bərpasının dialoq və iştirak yolu ilə həll olunması məsələsində Gürcüstan vətəndaşlarının mətin iradəsini əsas tuturuq. Düşünürük ki, Gürcüstanda milli azlıqların mülki-siyasi haqlarının tam həyata keçirilməsi, işğal olunmuş torpaqlarda yaşayan vətəndaşlarımızın etibarını qazanmaqda mühüm rol oynayacaqdır.
Müsəlman-demokratların əsas məqsədi liberal-demokratik prisiplərə əsaslanaraq milli özünəməxsusluğu nəzərə alaraq, dövlətin suverenliyini qorumaq, vətəndaşların dövlət təfəkkürünün bərkitmək, mülki cəmiyyəti və siyasi mədəniyyəti formalaşdırmaq,vətəndaşların sosial rifahının yüksəldilməsi, qanunun aliliyi prinsipinə riayət etmək və qərar alma zamanı vətəndaşların fəal iştirakını təmin etməkdir. Mülki razılığın tətbiqini və şəxsin özünü rəalizə etməsi üçün təsisat şərtlərin yaradılmasını, pluralizm və siyasi diskusiyalarda azlıqların iştirakını, eləcə də, azlıqlarla məskunlaşmış regionlarda onların daha da fəal olmalarını, barışçıl və demokratik cəmiyyətin əsas tərkib hissəsi kimi görür.
Biz Millətin qərb və mülki mahiyyətinə inanırıq. Buna əsasən nasiyanın millətin vətəndaşları birləşdirəcək ortaq mülki ideologiyası, ortaq mədəniyyəti, ortaq anlayışları, canatmaları iradəsi, hissləri və ideaya meyarları olmalıdır. millət nümayəndələri isə ortaq qanunlara və qurumlara, hüquqlara və qarşılıqlı öhdəliklərə tabedirlər.
Bizim əsas prinsiplərimiz bərabərlik, həmrəylik, pluralizm, tolerantlıqdır.

Misiya
Müsəlman-demokratlar öz fəaliyyətləri ilə vətəndaşların dövlət şüurunun təkmilləşməsinə, demokratik və ortaq dəyərlərə əsaslanan mülki cəmiyyətin formalaşmasına, liberal-demokratik prinsiplərin möhkəmlənməsinə, vətəndaşların mərkəzi və yerli hakimiyyətdə qərar qəbul etmə prosesində effektli iştirakına kömək edir.

Adil Khasmamadli
Bu xəbər oxucular tərəfindən 1053 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed