Şrift:
Əfqanıstan prezidenti ABŞ-ı taliblərlə separatçı danışıqlar aparmaqda ittiham edib
13.03.2013 [09:51] - Gündəm, Siyasət
Əfqanistan prezidenti Həmid Kərzay martın 12-də ABŞ hakimiyyətini taliblərlə separatçı danışıqlar aparmaqda ittiham edib. Bu barədə “RİA Novosti” “Pajvak” informasiya agentliyi xəbər verib.

Gilmend vilayətinin Ləşgərgah şəhərində çıxış edən Həmid Kərzay qeyd edib ki, “Bəzi narahatçılıq keçirən taliblər əfqan hökuməti ilə danışıqlar aparmaq istəyir, lakin, təyyarə ilə əcnəbilərin və hökumətə müxalif olan qüvvələrin nümayəndələrinin müşayiəti ilə xaricdə separatçı danışıqlar aparmağa gedən başqa taliblər də var”.

Əfqanıstan prezidenti əlavə edib ki, “bəzi taliblər xaricin silahı ilə öz soydaşlarına qarşı döyüşür” və xarici qüvvələrin maraqlarına qulluq edir. Kərzay onları “həmvətənlərinin həyatları hesabına xarici maraqlara xidmət etməyə” son qoymağa çağırıb.

Prezident amerikalılardan Kacaki vilayətində SES-in tikintisini sürətləndirməyə və yaxud layihəni Əfqanıstan tərəfinə verilməsini tələb edib. Bir müddət əvvəl Əfqanıstan tərəfi bəyan edib ki, Kacaki vilayətində bəndin təmirinə və SES-in tikintisinə ayrılan vəsaitlərin çoxu amerikalıların özlərinin maaşına sərf olunur.

Xatırladaq ki, ABŞ müdafiə naziri Çak Heygelin bu günlərdə Əfqanıstanda səfərdə olan zaman Həmid Kərzay talibləri ABŞ-ın maraqlarına xidmət etmələrində və amerikalılarla separatçı danışıqlar aparmaqda ittiham edib. Lakin Pentaqon və taliblər bu ittihamları əsassız adlandıraraq rədd edib.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed