13.03.2013 [12:22] - Gündəm, Siyasət, DAVAMın yazıları
Ötən il dekabr ayının 12-də Moskvada “Qafqaz Xristian Xalqları”nın konfransı keçrildi. Bu toplantıda Gürcüstan Xristian Patrikxanasının başçısı İkinci İlya, Eçmiədzin Erməni Kilsəsinin başçısı İkinci Qaregin və Rus Ortodoks Kilsəsinin başçısı Kirill də iştirak etdilər. Konfransda çıxış edən alimlərin əksəriyyəti Rusiyanın “sivilizasiya prinspipləri daxilində kolonial strateji hədəflər”ə uyğun hansı qaydalarla hərəkət etməyin yollarını irəli sürdülər. Bəzi teoloji tədqiqatçılar həyəcanla bildirdilər ki, Türkiyədə başlanılan “yeni osmançılıq hərəkatı Rusiyanın Qafqaz siyasətinin tamamilə iflasa uğraması deməkdir” və buna görə də, Qafqazda yaşayan bütün xristian xalqları ümumi konsolidasiya üçün birgə hərəkət etməlidirlər.
Yeni avantüralar nə vəd edir
Qafqazda Azərbaycan dövləti başda olmaqla Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikaları milli kimliklə yanaşı, həm də müsəlman bölgələri hesab olunurlar. Bunun xaricində isə Ermənistan, Gürcüstan və Quzey Osetiya respublikaları isə xristian faktoruna bağlıdırlar. Hal-hazırda Rusiya bu coğrafi şəbəkəni bölücü “Dağlıq Qarabağ, Abxaziya və Güney Osetiya” bölgələrinin sayəsində geniş coğrafi siyasətə bağlamaq kimi avantüralara üz tutmuşdur. Rusiya İctimai Palatasının üzvü, dövlət başçısı Vladimir Putinin ən yaxın silahdaşlarından biri olan Denis Dvornikov Moskvanın bu hədəflərini dolayı yolla belə etiraf etmişdir: “Qafqaz Xristian Xalqları” məsələsi Kremlin yeni strategiyasının aparıcı elementlərindən biridir. Bu yöndə atılan hər bir addım hədəflərimizin daha sıx şəkildə inteqraqsiya olunmamız üçün planlarımıza daxildir”.
Rusiyanın “Qafqaz siyasəti”ni müəyyən edən əksər texnoloqların fikrincə: “Qafqazdakı müsəlman respublikalarında tərdricən Rusiyadan uzaqlaşmaq meylləri artmaqda və inkişaf etməkdədir. Hərtta bəzi müsəlman xalqlarında Kremlə qarşı radikal münasibətlər daha da dərinləşməkdədir. Alternativ infrastrukturlar yaradılmazsa, xristian həmrəyliyi şərtləri daxilində bu proses inkişaf etdirilməzsə, o zaman regionda yaşayan müsəlman xalqlarının simasında Rusiya Qafqazı tamamilə itirə bilər”.
Moskvadakı “putinizm” siyasətinin əleyhdarlarının fikrincə, Qafqazda yaşayan müsəlman xalqlarının Rusiyaya qarşı olmasının əsas günahkarı elə Kremlin özüdür. Çünki, radikal rus şovinizminin səbəbkarı, hətta bu meylin güclənməsinin tərəfdarı Kremlin sahibi olan, “antiqafqaz” baxışları ilə özünün xarizmatik obrazını yaratmış Vladimir Putindir. 1998-ci ildən bu günə kimi Qafqazda çoxsaylı silahlı münaqişə ocaqlarının yaranmasına, xüsusi cəza qüvvələrilə birgə hərəkət etməyə üstünlük verən də məhz Putin olmuşdur. Rus demokratlarının fikrincə, Qafqazda müsəlman xalqları üçün elə bir şərait yaradılmalıdır ki, onlar “Rusiya Federasiyasının subyekti” olduqlarını bir həqiqət kimi qəbul etməlidirlər. Xristian həmrəyliyi adı altında bu gün yaşanılan “antiqafqaz” siyasəti dolayı yolla Rusiya üçün Qafqazın həqiqətən də itirilməsi deməkdir. Yerli toplumlar tədricən bu həqiqətə inanmağa başlamışlar. Rusiyanın ümumi mədəni həyatını sadəcə xristian faktoru ilə müəyyən etmək tamamilə yalnış bir strategiyadır. Konfessiyaların qarşıdurmalara meylli olmasını Kremli idarə edənlərin növbəti avantürası kimi qəbul etmək lazımdır.
Qafqaz xristianları və Rusiyanın vədlər
Kremlin indiki ağaları bildirirlər ki, Qafqazda xristian toplumlarının kompakt şəkildə yaşadıqları regionlara xüsusi yanaşma metodologiyası olmalıdır. Bu, həm də Qafqazda onların gələcək taleyinin müəyyən edilməsi üçün çox vacibdir. Digər yandan isə xristian toplumlarının Qafqazın taleyində əhəmiyyətini inkişaf etdirmək lazımdır. Buna görə də Qafqazda bütün xristian toplumlarına məxsus dini institutlar ümumi prinsiplər əsasında əlaqəli şəkildə fəaliyyət mexanizmlərini yaratmalıdırlar. Müşahidələrə görə, Moskvanın bu təklifinin ardında duran əsas strateji hədəf “xristian təəssübkeşliyi” adı altında rus kilsəsinin təsir dairəsinin genişləndirilməsi, bunun ardınca 19-cu yüzillikdə olduğu kimi, “vahid xristian torpaqları” konsepsiyası şərtləri daxilində həmin ərazilərin Rusiyanın torpaqları formasında idarə edilməsi deməkdir. Rusiya digər yandan bunca cəlbedici görünən hədəflərə söykənərək Gürcüstan və Ermənistanı tamamilə özünün təsir dairəsi altında saxlmağa çalışır.
Rusiyanın teokratik mövzularda araşdırma aparan analitiklərinin və radikal milliyətçi çevrələrinin fikrincə, Kreml Qafqazda öz dayaqlarını məhz “ümumxristian həmrəyliyi və bunun humanitar aspektləri” şəklində ortaya qoymalıdır. Hətta bu hədəfləri çılpaq şəkildə belə ifadə edirlər: “1865-ci ildə Anadoluda türk milliyətçi ziyalılar gizli şəkildə Yeni Osmançılıq Hərəkatını başlayanda onların əsas strateji hədəfləri Çar Rusiyasının idarəsi altında olan Krım, Qafqaz və Volqaboyu ərazilərdə olduqca dərin qatlara baş vurmaqla bölgədə yaşayan müsəlman xalqlarını öz tərəflərinə çəkmək taktikasından məharətlə istifadə edirdilər. Buna identik şəkildə yanaşan regiondakı müsəlman xalqları həmin siyasəti fəal şəkildə müdafiə etmişlər. İndiki məqamda Rusiya bir dövlət olaraq “keçmiş Osmanlı dünyası” hədəflərinə yenidən baxılmaqla və hətta bir sıra mənəvi, humanitar təsisatlar yaradılmasının qarşısını almalıdır. Türkiyədə başlanılan bu hərəkatın mənası Suriyada yaşanılanlara açıq şəkildə bir işarədir”.
Rusiya Qafqaz siyasətində itirmək üzrə olduğu bütün sahələrdə yenidən öz nüfuzunu qaldırmaq üçün ilk addım kimi xristian toplumlarından sosial dayaqlar şəklində istifadə etməyi hədəf seçmişdir. Moskvadakı analitiklər qeyd edirlər ki, müsəlman əhalisi arasında rus kilsəsinin və rus milliyyətçi siyasətinin fiaskoya uğraması Rusiya üçün ən böyük fəlakətlərdən biridir.
Kremlin çevrəsindəki yeni analitik baxışlara malik olanlar isə Türkiyənin təcrübəsini öz mənfəətlərinə uyğun yönəltməyi təklif edirlər: “Türkiyə öz təsir dairəsini gücləndirmək üçün strateji maraqları olan ölkələrdə təhsil, humanitar, dini və mənəvi sahədə müvafiq infrastukturlar yaradır. Bununla yanaşı, öz təsir dairəsini də inkişaf etdirir. Beləliklə Türkiyə qonşuları ilə problemləri sıfr həddinə endirir. Rusiya Türkiyə təcrübəsini və konsepsiyasını öyrənməklə mövcud konfliktlərdən uzaq olmağı öyrənməlidir”.
Qafqazda gürcü, erməni, rus, osetin, abxaz, erməni və digər azsaylı xristian icmalarını Rusiya öz tərəfinə çəkməklə bir sıra müvafiq infrastrukturları yaratmaq üçün hərəkətə keçməyə başlamışdır. Odur ki, davamlı olaraq, xristianlıqla bağlı qurumların toplantılarını keçirmək üçün 19-cu yüzillikdə olduğu kimi Qafqazda öz təsir dairəsini artırmağa çalışır. Bu yöndə Qafqazda maraqları olan digər ölkələri isə “Onlar imperiya siyasəti aparırlar. Bu metodla Qafqaz xalqlarını öz təsir dairəsinə salmaqla xristian və ya müsəlman inancı tanımadan sömürgəçilik hədəflərini ortaya qoyurlar. Rusiya bir dövlət olaraq, Qafqazda inkişaf istəyir. Bunun üçün də strateji hədəflərini gizlətmək fikrində deyil” – kimi təqdim edirlər.
Anti-türk və anti-islam doktrinası Rusiyaya uğur gətirməyəcək
Rusiya Quzey Qafqazda yaşayan qeyri-türk xalqları arasında uzun müddətdir anti-türk siyasətini aparır. Orta və ali məktəblərin dərslik kitablarında yer alan “anti-türk” siyasəti də məhz bundan qaynaqlanır. Digər yandan güc stukturlarına bağlı ictimai qurumların “anti-türk” təbliğatlarında yer alan əsas faktorlardan biri kimi indi qaraçay, balkar, noqay və kumuk türklərinə qarşı aparılan təbliğatları misal göstərmək olar. Qafqazda “turizm klasteri” adı altında türk toplumlarına məxsus tarixi torpaqların Rusiyaya məxsus iri şirkətlərin inhisarına keçirilməsi strategiyasının ardında duran strateji hədəf isə guya “Yeni Osmançılıq Hərəkatı”nın Quzey Qafqazlara təsir edəcəyi təqdirdə, türk toplumları da dərhal bunun yanında yer alacaqlar. Halbuki, Qafqazda ruslara qarşı olan dirənişlərin əsas səbəbi odur ki, bölgədə tarixi baxımdan türklərə məxsus olmuş dövlətlərin, inzibati vahidlərin onların əlindən alınması üçün aparılan siyasətlərə qarşı genetik şəkildə dirənişlər yaşanılmışdır. Bu proses düz 450 ildir davam edir. Rusiya 19-cu yüzillikdə olduğu kimi, bu gün yenidən xristian amilini hərəkətə gətirməklə, kilsəyə bağlı olan toplumlarla birgə hərəkət etmək taktikasına üz tutmuşdur. Çünki, son 20 ildə Qafqazda rus əhalisinin sayı sürətlə azalmağa başlamışdır. Bunun səbəbi sadəcə islam faktorunda deyil, ictimai və sosial yöndə rus əhalisinin bir etnos kimi fərqli düşüncə tərzinə malik olmasına bağlıdır. Keçmiş SSRİ dövlətinin süquta uğraması və bunun ardınca milli respublikaların yaranması, etnoloji və coğrafi müstəvidə hər toplumun öz tarixi torpaqlarına sahib çıxmaq fəlsəfəsinin inkişaf etməsi, imperiyanın hüdudlarının daralması üçün başlıca rol oynamışdır.
1998-ci ildən Rusiyada başlanılan yeni mərhələnin konsepsiyası Qafqazda inkişaf edən milli və dini baxışların Kremlin bölgəni hər an itirmək təhlükəsi ilə üz-üzə qoyması kimi başa düşülür. Çünki, rusların dövlətçilik ənənələri hələ də zorakı metodla yanaşma tərzi ilə müşayiət olunur. Bu gün Quzey Qafqazda Rusiyanın güc stukturlarına bağlı çoxsaylı mobil hərbi stukturlar Afrikada heyvan ovuna çıxan müstəmləkəçilər kimi “müsəlman” ovu siyasətini aparırlar. Hər gün Qafqazda terrorlar aparılır, insanlar qanunsuz şəkildə həbs olunur və sonra isə onların izləri belə yoxa çıxır. Mədəni dünyaya qanunsuz əməllərini pərdələmək üçün rəsmi Moskva “Qafqazda radikal islam terrorizmi hökm sürür. Onlar bütün xristianlara qarşı cihad elan etmişlər. Xristianları kafir adlandırmaqla onları terror edir, kilsələri partladır və digər addımları atırlar. Rusiya bir dövlət olaraq islam radikalizminin qarşısını almaq üçün sərt tədbirlər görməyə məcburdur” – tipli təbliğat şəbəkəsini də yaratmışdır.
Moskvadakı “Xristian Konfransı”nda səslənən fikirlərdən biri də qeyri-xristian toplumları arasında xristian siyasətinin dəyərlərinə uyğun müvafiq infrastrukturların yaradılması oldu. Azərbaycanın işğal olunmuş ərazilərinin xristian torpaqları olması, qədim Alban dövlətinin xristian dövləti kimi qəbul edilərək 2014-cü ildə beynəlxalq elmi konfransın keçirilməsi, həmin dövlətin varisi kimi ləzgi xalqına dəstək verilməsi təklifləri irəli sürüldü. Beləliklə udin, ləzgi, budux, tsaxur, aqul, tabasaran, hapıxtı xalqlarını “ləzgdilli” toplum elan etməklə onların tədricən qədim “xristian” mirasının proyektinə əlavə edilməsi üçün müvafiq infrastrukturların yaradılması fikirləri səsləndirildi. Rusiya Qafqazda mövqeyini gücləndirmək iddiasını ortaya qoymaq üçün bu dəfə humanizm pərdəsinə bələnməklə “xristian birliyi” piroqunu təqdim etməyə çalışır.
Ənvər BÖRÜSOY

Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |