Şrift:
Türkiyə və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ problemini müzakirə ediblər
21.09.2011 [10:55] - Xəbərlər
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Əhməd Davudoğlu və onun fransalı həmkarı Alen Jüppe BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində görüş keçiriblər.
Görüşdə bir sıra beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi olub. Nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Ermənistan-Türkiyə münasibətlərini və Cənubi Qafqazda vəziyyəti hərtərəfli müzakirə ediblər.
Bundan əlavə, tərəflər Suriyada və Liviyada şəraiti, Türkiyə-İsrail münasibətlərinin indiki vəziyyətini araşdırmışlar.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed