13.03.2013 [13:37] - Gündəm, Diaspor
18 mart 2013-cü il tarixində Çanaqqala Dəniz Zəfərinin 98-ci ildönümü törənlərində iştirak etmək məqsədi ilə Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədr müavini Samir Adıgözəllinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Nümayəndə heyəti 18 mart tarixində dövlət törənində iştirak edəcək, eləcə də Azərbaycan adından Çanaqqala şəhidlərinin xatirəsinə çələng qoyulacaq. Daha sonra şəhidlik ziyarət olunaraq, şəhid Azərbaycan türklərinin xatirəsinə qoyulmuş lövhənin qarşısında toplantı keçiriləcək. Toplantıda Çanaqqalada təhsil alan azərbaycanlı tələbələr, diasporumuzun nümayəndələri də iştirak edəcək.
Həmçinin nümayəndə heyəti Ankarada və Çanaqqalada bir sıra rəsmi görüşlər keçirəcək.
Məlumat üçün bildiririk ki, 18 mart 2010-cu il tarixində BDM-in təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsinə məlumatlandırıcı lövhə qoyulmuşdur.
BDM mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |