13.03.2013 [15:08] - Güney Azərbaycan xəbərləri
Təbriz şəhərində şənlik mərasiminə basqın olub.
Güney Azərbaycandan davam.az saytına daxil olan məlumata əsasən martın 12-də axşam saatlarında şəhərin Rüşdiyə məhəlləsində çərşənbə bayramını qeyd edən gənclər İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə 10 azərbaycanlı həbs edilib. Basqın zamanı boyalı güllələrdən də istifadə edilib.
Qeyd edək ki, bu güllənin tərkibində gözəgörünməz mürəkkəb var və həmin maddə yalnız xüsusi aparat vasitəsilə müəyyənləşdirilir. İranda son illərdə aksiyalarda iştirak etmiş və həmin zaman həbs edilməmiş insanları müəyyənləşdirmək üçün bu güllədən istifadə olunur. Ancaq İran təhlükəsizlik qüvvələri Təbrizdə ilk dəfədir belə güllələrdən istifadə edir.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |