Şrift:
Əfqanıstanda baş verən terror aktında 11 nəfər həlak olub
14.03.2013 [09:21] - Gündəm, Hadisə
Şimali Əfqanıstandakı Kunduz əyalətində həyata keçirilmiş terror aktı zamanı ən azı 11 nəfər həlak olub. Bu barədə Sinxua agentliyi məlumat verir.

Terrorçu-kamikadze özünü İmam-Sahib mahalında keçirilən idman yarışları zamanı partladıb.

Məlumata əsasən həlak olanlar arasında Əfqanıstan parlamentinin spikerinin atası və qardaşı, həmçinin mahal polisinin rəisi də var. Ən azı 8 nəfər isə yaralanıb.

Terror aktına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed