14.03.2013 [09:24] - Xəbərlər, Siyasət
«ABŞ bir il ərzində ATƏT-in Minsk Qrupuna daimi həmsədr təyin edəcəklər». APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bəyan edib.
«Bu təyinat dövlət katibi Con Kerri üçün əsas prioritetlərdən biridir. Keçmiş həmsədri əvəz edəcək uyğun namizəd tapmaq vacibdir. Dövlət katibi bu vəzifədə olduğunun birinci ili bu təyinatı etməyə çalışacaq», deyə Rubin Türk-Amerika İttifaqının illik konqresi zamanı bildirib.
Öz şəhrilə E.Rubin Azərbaycan səfiri və bir sıra ekspertlərin daimi nümayəndənin olmamasının ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəal mövqeyinin olmaması anlamına gəlməsi barədə iradlarına cavab verib.
«ABŞ status-kvonun qəbuledilməzliyini etiraf edir. Təkcə bununla bağlı yaranan insan əziyyətlərinə görə yox. Həm də ona görə ki, status-kvo münaqişəyə cəlb olunmuş hər iki ölkə və ümumilikdə bölgə üçün problemlər yaradır», deyə o əlavə edib.
Xatırladaq ki, səfir Robert Bradtke ötən ilin dekabrında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri postunda missiyasını başa vurub. Onu həmin vəzifədə müvəqqəti olaraq Yan Kelli əvəz edir.

Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |