14.03.2013 [10:42] - Güney Azərbaycan xəbərləri
İran parlamentinin 18 deputatı ölkə prezidenti Mahmud Əhmədinejada xəbərdarlıq edib. davam.az saytına daxil olan məlumata görə, deputatların imzaladığı məktubda M. Əhmədinejadın şəriət qaydalarını pozduğu bildirilib. Məktub müəllifləri İran prezidentini xarici ölkələrə səfərləri zamanı beynəlxalq diplomatik prinsiplərə uyğun davranmağa, şəriət qaydalarına riayət etməyə və qeyri-etik rəftarı ilə ölkənin beynəlxalq imicinə xələl gətirməməyə çağırıblar.
Deputatların etirazının səbəbi martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində Mahmud Əhmədinejadın davranışlarıdır.
Deputatların etirazının səbəbi martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində Mahmud Əhmədinejadın davranışlarıdır.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |