Şrift:
Azərbaycan Ordusunda əsgərlərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar cinayət işi başlanıb
04.11.2011 [16:47] - Gündəm
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, ədliyyə polkovnik-leytenantı Əfrahim Təhməzov məlumat verilib.

O, qeyd edib ki, qeyd olunan ölüm faktları ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed