Şrift:
Bəhreyndəki qarşıdurmalarda 5 nəfər yaralanıb
15.03.2013 [09:03] - Xəbərlər
Bəhreyndə baş vermiş qarşıdurmalarda 5 nəfər yaralanıb. RBK-nin verdiyi məlumata görə, müxalifət 2011-ci ildə keçirilmiş mitinqin növbəti ildönümü ilə əlaqədar aksiya keçirib.
Məlumata görə, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Hüquq müdafiəçisi təşkilatlarının verdiyi xəbərə görə, qarşıdurmalarda 5 nəfər yaralanıb, onlardan 3-ü kritik vəziyyətdədir.
Manama polisinin verdiyi məlumata görə isə, aksiya iştirakçıları bir neçə maşına od vurmaq, yolu bağlamaq, həmçinin, əraziyə yağ dağıtmaq istəyib.
Xatırladaq ki, 2011-ci ildə bir sıra ərəb ölkələrində, həmçinin, Bəhreyndə də hökumətə qarşı çıxışlar başlayıb.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed