15.03.2013 [09:42] - Gündəm, Sosial
Qarşıdan müsəlman aləminin sevimli bayramı olan Novruz bayramı yaxınlaşır. Bu bayramın gəlişinə böyükdən tutmuş kiçiyə qədər hər kəs sevinir. Amma bəzi şəxslər milli bayram münasibətilə əhalini dolandırmaqla əlavə pul qazanmaq istəyir.
Bayramın yaxınlaşması ilə əlaqədar olaraq artıq sərnişin daşımada sıxlıq müşahidə olunur. Apardığımız araşdırma zamanı məlum oldu ki, paytaxtdan bölgələrə yola düşmək istəyən sərnişinlər avtobus gözləmək məcburiyyətində qalıb. Sərnişinlərin verdiyi məlumata görə, bəzi şəxslər onlara yaxınlaşıb deyir ki, avtobusun tez gəlməsini istəyirsizsə pul verin: “Biri gəlir dəvət edir 7 manatdan verin gedin, biri də deyir ki, 6 manatdan verin avtobus çağıraq gedin. Problem budur ki, bayram günlərində xahiş olunur ki, bayramlar olanda heç olmasa nəzərə alsınlar. Xəttə əlavə avtobus əlavə olunsun".
Məsələ ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin mətbuata verdiyi məlumata görə, problemin yaranmasına səbəb bayramın yaxınlaşması və bir çox insanların sabah məzar üstünə çıxmasıdır. Gedənlərin sayının artması ilə bağlı xəttə əlavə avtobuslar buraxılıb. bu arada Avtovağzal rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Martın 16-dan 26-dək qurum gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtdan bölgələrə gedənlərin sayında çoxluğu nəzərə alaraq xəttə 200 və daha artıq mikroavtobus və avtobus buraxılacaq: "Bütün istiqamətlərdə bayram ərəfəsində tələbat olacaq. Bütün istiqamətlər mütəmadi olaraq nəqliyyat vasitəsilə təmin ediləcək. 8 nəfərdən ibarət qiymət komissiyası fəaliyyət göstərir. Bütün qiymətlər tam nəzarətdə olacaq. Heç bir qiymət artımından söhbət gedə bilməz".
Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti də bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Hər iki qurumun rəhbərliyi vətəndaşlardan xahiş edir ki, bayram günlərində sərnişin daşımada problemlə rastlaşmamaq üçün biletləri vaxtında əldə etsinlər. Xatırladaq ki, bilet 10 gün əvvəldən satılır.
Günel CƏLİLOVA DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |