Şrift:
İsrail mətbuatı: Obama İsraildən İrana hücumla bağlı vaxt istəməyi düşünür
15.03.2013 [10:42] - Gündəm, Hərb
“ABŞ prezidenti Barak Obama İsraildən İrana hücumla bağlı oktyabradək vaxt istəməyi düşünür”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsraildə nəşr edilən “Yediot Ahronot” qəzeti yazıb.

Qəzet yazır ki, B.Obama İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin nizamlanması üçün diplomatik vasitələrdən tamamilə istifadə etmək niyyətindədir: “ABŞ prezidenti bu müddətdə İranın nüvə obyektlərinə hərbi müdaxilə imkanını araşdıracaq. Obama İsraili İranın nüvə proqramı ətrafında yaranmış gərginlik sülh yolu ilə həll olunana qədər bu ölkəni təhdid etməkdən çəkinməyə çağıracaq”.

Qeyd edək ki, B.Obama martın 30-da İsrailə səfər edəcək.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed